Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Prezident seçkilərinin nəticələri məlum oldu

Prezident seçkilərinin nəticələri məlum oldu

02.05.2023 [10:47]

Hakim partiyanın nümayəndəsi qələbə qazanıb

N.BAYRAMLI

Aprelin 30-da Paraqvayda prezident və parlament seçkiləri keçirilib. Dövlət başçısı vəzifəsinə 13 namizəd mübarizə aparıb. Sorğulara görə, əsas mübarizə namizədlərdən ikisi - hakim mühafizəkar “Kolorado” partiyasının nümayəndəsi Santiaqo Penya və mərkəzçi Həqiqi Liberal Radikal Partiyasından namizəd olan Efrayn Aleqre arasında gedirdi. Hazırkı dövlət başçısı Mario Abdo Benites seçkilərdə iştirak etməyib. Çünki Paraqvay Konstitusiyası prezidentin səlahiyyətlərini bir müddətlə məhdudlaşdırır.

Paraqvayda prezident seçkilərində qalib gəlmək üçün namizədin nisbi səs çoxluğunu toplaması lazımdır. Demək olar ki, seçki bülletenləri tam hesablanıb. ilkin məlumatlara görə, prezident seçkilərində ölkənin hakim “Kolorado” partiyasının namizədi, keçmiş iqtisadiyyat naziri  Santyaqo Penya qalib gəlib. O, seçicilərin 43 faizindən çoxunun səsini qazanıb. Onun əsas rəqibi, solçu koalisiyanın namizədi  Efrayn Aleqre 27,62 faiz səs toplayıb. Sağçı namizəd Paraqvay Kuba isə 21 faiz səs qazanmaqla seçkilərdə üçüncü yerdə qərarlaşıb. Seçkilərdə qələbə qazanmaq üçün nisbi səs çoxluğu tələb olunduğu üçün səslərin ən çoxunu qazanan namizəd prezident seçilib.

Paraqvayın hazırkı Prezidenti Mario Abdo Benites hakim “Kolorado” partiyasının namizədi Santyaqo Penyanı prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib. Prezident Benites tviter səhifəsində yazıb: “Paraqvay xalqını səsvermədə fəal iştirakına görə və Santyaqo Penyanı prezident seçilməsi münasibətilə təbrik edirəm. Biz institutlarımızı və demokratiyamızı gücləndirəcək hakimiyyətin şəffaf və nizamlı keçidi istiqamətində birlikdə işləməyə başlayacağıq”.

Paraqvay prezidentliyinə müxalifətdən olan namizəd Efrayn Aleqre seçkilərdə məğlub olduğunu etiraf edib. Müxalifətçi Aleqre deyib ki, onun və tərəfdaşlarının ölkədə dəyişiklik etmək üçün göstərdiyi əhəmiyyətli səylər kifayət qədər görünmür. O qeyd edib ki, Paraqvay xalqı əksəriyyətlə dəyişikliyə səs versə də, bölgü müxalifətin məqsədinə çatmasına imkan verməyib. Siyasətçi vurğulayıb ki, ölkənin müxalif qüvvələri öz birlikləri üzərində işləməyə davam edəcəklər. Müxalifət belə birliyə nail olduqdan sonra əhalinin əksəriyyətinin dəstəyini qazanacaq.

Ölkənin paytaxtı Asunsionda tərəfdarlarına müraciət edən S.Penya firəvanlığa və xoşbəxtliyə nail olmaq üçün Paraqvay vətəndaşlarını konsensusa çağıraraq deyib: “İxtilafları kənara qoymağın, bir millət olaraq bizi birləşdirən amillərə üstünlük verməyin vaxtı çatıb”.

Qeyd edək ki, yeni dövlət başçısı avqustun 15-də vəzifəsinin icrasına başlayacaq. Bütövlükdə, “Kolorado” partiyası bir neçə müddət istisna olmaqla  XX əsrin ortalarından etibarən Paraqvayda hakimiyyətdədir.

Xatırladaq ki, aprelin 30-da keçirilən seçkilərdə Paraqvay seçiciləri prezidentlə yanaşı vitse-prezidenti, Senatın 45 üzvünü, Nümayəndələr Palatasının 80 üzvünü və 17 rayonun qubernatorunu seçiblər.

Paylaş:
Baxılıb: 349 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30