Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Kür daşa bilər

Kür daşa bilər

30.06.2022 [10:09]

Hər an yarana biləcək fəlakətə nə qədər hazırıq?

MÜŞFİQƏ

“Araz aşığındandır, Kür topuğundan” ifadəsi heç bir dərdi, fikri, qayğısı olmayan, heç nəyi vecinə almayan adam haqqında işlədilir. Amma burada adıçəkilən Kürün dərdi isə bitmək bilmir ki, bilmir. Bir müddət öncə quruyur deyə həyəcan təbili çalırdıq, indi isə Kürün səviyyəsi kəskin artıb. Kür çayının keçdiyi bütün ərazilərdə daşqın təhlükəsi yaranıb. Bəs, Kürün dərdi nədir?

Yağıntılar çoxalıb, çaylarda sululuq artıb

Türkiyədə sel, daşqın hadisələri... Gürcüstanda ötən günlər ərzində düşən güclü yağıntı nəticəsində Kür-Tiflis məntəqəsində Kürün səviyyəsi xeyli artıb. Nəticədə artıq Azərbaycan ərazisində Kür-Qıraqkəsəmən məntəqəsində səviyyənin 53 sm artımı qeydə alınıb. Əgər səviyyənin kəskin artması bu şəkildə davam edərsə, arzuolunmaz nəticələrə gətirib çıxara bilər. AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov belə deyir: “Bu il qış fəsli və yay fəsli anomal keçdi. Bu səbəbdən çaylarda illik gursululuq dövrü də gecikdi. Gursululuq dövrü adətən apreldən iyuna qədər davam edirdisə, iyulun əvvəllərinə qədər uzanacağı gözlənilir. Radar müşahidələri göstərir ki, qərb rayonlarında mayın sonlarından bəri güclü yağıntılar davam edir. Kürün keçdiyi bütün ərazilərdə daşqın təhlükəsi var. Lakin hazırda Ağstafa-Qazax zonasında səviyyənin daha çox qalxması baş verir. O hissələrdə Kür məcrasından çıxa bilər”.

Səid Səfərov onu da əlavə edib ki, Kürün aşağı axarında - Salyan, Neftçala zonasında da artım var: “Kürün aşağı axarı üçün səviyyəsi Mingəçevir su anbarında nizamlanır. Burada müəyyən hədd var ki, səviyyə həmin həddi keçəndən sonra anbardan daha çox su buraxılmasına başlanılacaq. Bu zaman Salyan və Neftçalada da təhlükəli prosesləri müşahidə edə bilərik. Ümumiyyətlə, Kürün illik axınının azalması o demək deyil ki, ayrı-ayrı aylardan kəskin artmalar olmayacaq. Lakin çoxillik məlumatlara əsasən deyə bilərik ki, Kürün aşağı axarında səviyyə azalıb. Bu da daha çox antropogen amillərlə əlaqədardır. Süni meşəliklərin salınması, suvarma suyunun düzgün tənzimlənməməsi çaylarda suyun səviyyəsinin azalmasına gətirib çıxarır. Təbii ki, qlobal istiləşmə amili də buna öz təsirini göstərir”.

12 ildir ki, nəzarətsiz qalan Kür sahili

Kürün səviyyəsinin artması ən çox bu çayın sahilindəki yaşayış məntəqələrinin sakinlərini narahat edir. Belə ərazilərdən biri də Sabirabadın Kür qırağı kəndləridir. Sakinlər bildirirlər ki, 2010-cu ildəki daşqından sonra çay kənarına bəndlər və istinad divarları vurulsa da, həmin vaxtdan sonra sahildə bərkitmə işləri aparılmayıb.

Paylaş:
Baxılıb: 367 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31