Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Milli Məclisin deputatları Avronest PA-nın plenar iclasında iştirak ediblər

Milli Məclisin deputatları Avronest PA-nın plenar iclasında iştirak ediblər

21.04.2021 [09:11]

Aprelin 20-də Avronest Parlament Assambleyasının (PA) 9-cu sessiyası çərçivəsində qurumun onlayn formatda plenar iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli və nümayəndə heyətinin üzvləri Qüdrət Həsənquliyev, Rauf Əliyev, İltizam Yusifov, Məlahət İbrahimqızı, Hicran Hüseynova, Vüqar Bayramov, Nurlan Həsənov iştirak ediblər.
İclasda çıxış edən Avronest PA-nın həmsədrləri Andrius Kubilius və Maka Botçorişvili quruma üzv ölkələr arasında tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsinin, “Şərq tərəfdaşlığı” bölgəsində təhlükəsizliyin təmin edilməsinin və ölkələrin ərazi bütövlüyünün qorunmasının vacibliyindən danışıblar. Həmsədrlər bölgədə gedən siyasi proseslərə toxunublar, böhranların tənzimlənməsi zərurətinə diqqət yönəldiblər. Hazırkı pandemiya dövründə yalnız bütün ölkələrin birgə mübarizəsi, həmrəyliyi şəraitində koronavirus infeksiyasına qalib gəlməyin mümkün olduğu vurğulanıb.
Avropa İttifaqının Qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə Komissarı Oliver Varhelyi dünyanı bürüyən pandemiya şəraitində bölgədəki insanların həyatını xilas etmək üçün görülən işlərdən danışıb, koronavirus infeksiyasına qarşı peyvənd təminatı məsələsinə toxunub. “Şərq tərəfdaşlığı” ölkələrində qonşuluq münasibətlərinin tənzimlənməsi, bir sıra sahələrdə inteqrasiyanın, iqtisadiyyatın inkişafına investisiya qoyulmasının vacibliyindən və digər məsələlərdən bəhs edib.
Avropa Komissiyasının vitse-prezidenti Luk Deviqne “Şərq tərəfdaşlığı” ölkələrindəki siyasi vəziyyəti təhlil edib.
Plenar iclasda Avronest PA-nın 9-cu sessiyasında iştirak edən milli parlamentlərin təmsilçiləri çıxışlarında bir sıra yerli proseslərə münasibətlərini açıqlayıblar.
Sonra onlayn tədbirə qoşulmuş müşahidəçilərin Avronest Parlament Assambleyasına salamlama müraciətləri dinlənilib.
Fasilədən sonra plenar iclas işini davam etdirib.
Avropa Parlamentinin prezidenti David Sassoli Avronest PA-nın növbəti - 9-cu sessiyasının rəsmi açılışını edib. Bildirib ki, Avronest PA “Şərq tərəfdaşlığı” bölgəsində parlament ölçüsünü təmsil edir. Məqsəd Avropa İttifaqı ölkələri ilə “Şərq tərəfdaşlığı” ölkələrini yaxınlaşdırmaq və onlar arasında sıx dostluq əlaqələri yaratmaqdır.
David Sassolinin rəsmi açılış mərasimindəki nitqi dinlənildikdən sonra fasilə elan olunub.
Avronest PA-nın plenar iclası bu gün işini davam etdirəcək.

Paylaş:
Baxılıb: 380 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31