Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “COVID-19-un trombembolik ağırlaşmaları ölüm hallarının əsas səbəblərindən biridir”

“COVID-19-un trombembolik ağırlaşmaları ölüm hallarının əsas səbəblərindən biridir”

21.04.2021 [08:49]

“Ağ ciyərlər və ürək SARS-CoV-2 virusunun vacib bir hədəfidir. Tromboinflamatuar vəziyyətlə əlaqəli pasientlərdə bu kəskin tənəffüs çatışmazlığı sindromuna və ürək-damar sisteminin trombembolik ağırlaşmalarına səbəb olur. Sitokin fırtınası və iltihabi proseslə bağlı laxtalanma sisteminin aktivləşməsi kəskin tənəffüs çatışmazlığı, çoxsaylı orqan çatışmazlığı ölümə səbəb ola biləcək ağırlaşmaların əsasını təşkil edir”. Bu fikirləri qəzetimizə açıqlamasında akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə rəhbəri, professor Tofiq Cahangirov deyib.
T.Cahangirov bildirib ki, bu yoluxucu xəstəliyin trombogenliyini təsdiq edən faktlardan biri də hətta antikoaqulyasiya (laxtalanmaya qarşı) ilə müalicə alan COVID-19 xəstələrində belə yüksək trombembolik hallara rast gəlinməsidir: “COVID-19 diaqnozu ilə hospitalizasiya olunan pasientlərdə ən çox rast gəlinən koaqulopatiya patternləri (nümunələri) qanda fibrinogen və D-dimer səviyyəsinin yüksəlməsi, protrombin müddəti və aPTT müddətinin mülayimdərəcəli uzanmasıdır. Bu laxtalanma biomarkerlərinin yüksəlməsi qanda iltihab biomarkerlərinin, xüsusən də CRP-nin yüksəlməsi ilə korrelyasiya olunur”.
Professorun sözlərinə görə, ağırdərəcəli COVID-19 -la yanaşı, çoxsaylı orqan çatışmazlığı olan pasientlərdə isə laxtalanma sistemində aktivləşmə daha sürətli baş verir: “Nəticədə orta və ya ağır dərəcəli trombositopeniya (trombosit sayı <50 x109/L), protormbin müddəti və aPTT müddətinin uzanması daha ciddi dərəcəli olur, D-dimer səviyyəsinin həddindən artıq yüksəlməsi və fibrinogeninin azalması (< 1.0 g/L) baş verir”.
Mütəxəssisin fikrincə, COVID-19-la əlaqədar yaranan koaqulopatiya, həmçinin pasientlərin proqnozuna da əhəmiyyətli dərəcədə təsir edir: “Belə ki, aparılan çoxsaylı klinik müşahidələr və təhlillər göstərdi ki, hospitalizasiya olmuş ağır COVID-19 xəstələrində koronavirsa yoluxmuş yüngül və ya orta dərəcəli pasientlərlə müqayisədə, koaqulopatiya hallarına daha çox rast gəlinir və bu, daha çox ölümlə nəticələnən trombembolik ağırlaşmalara səbəb olur. Bu məqsədlə hospitalizasiya olmuş ağırdərəcəli COVID-19 pasientlərində trombembolik hadisələrin qarşısını almaq üçün qanda trombosit sayı, protrombin müddəti, aPTT, fibrinogen və D-dimer kimi biomarkerlərin monitorinqi aparılmalıdır”.
Bildirilib ki, bu parametrlərdə baş verən ciddi dəyişikliklər, xüsusən də D-dimer səviyyəsində ciddi yüksəlmə xəstəliyin proqnozunun pisləşməsini və pasientə daha aqressiv, intensiv müalicə tələb olunduğunu göstərir. Eləcə də bu biomarkerlərin səviyyəsində azalmalar pasientin vəziyyətinin stabilləşdiyini, daha intensiv, aqressiv olmayan müalicəyə keçidin lazım olduğunu göstərir.
COVID-19 pasientlərində aşağı molekulyar çəkili heparinlə tromboprofilaktikaya gəldikdə isə Tofiq Cahangirov hesab edir ki, bunun bütün hospitalizasiya olmuş ağır pasientlərə tətbiq olunması tövsiyə olunur: “Lakin bu zaman pasientdə qanama riskinin yüksək olması, qanda ağırdərəcəli trombostopeniya (20-30 x109/L), və ya fibrinogenin 0.5 g/L-dən az olması kimi hallar olmamalıdır. Protombin müddəti və ya aPTT-də olan anormallıqlar farmakoloji tromboprofilaktika üçün əks-göstəriş deyildir. Farmakoloji tromboprofilaktikaya əks-göstərişlər zamanı mexaniki tromboprofilaktika istifadə oluna bilər. Farmokoloji tromboprofilaktikada istifadə olunan preparatların dozasının intensivləşdırilməsinin pasientlərin proqnozuna təsirini öyrənmək məqsədilə hal-hazırda çoxsaylı prospektiv tədqiqatlar aparılır və nəticələri yaxın gələcəkdə geniş ictimaiyyətə təqdim olunacaqdır”.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 420 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31