Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Şəmkir rayon təşkilatının geniş tərkibli Şura yığıncağı keçirilib

YAP Şəmkir rayon təşkilatının geniş tərkibli Şura yığıncağı keçirilib

12.10.2019 [10:23]

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının geniş tərkibli Şura yığıncağı keçirilib. Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bu il ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini deyərək partiyamızın bu siyasi kampaniyaya ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırıb. O qeyd edib ki, seçkilərə hazırlıqla əlaqədar YAP İcra Katibliyi tərəfindən müəyyən tövsiyə və tapşırıqlar verilib. Partiyanın Şəmkir rayon təşkilatı da bu tövsiyə və tapşırıqlara, qəbul olunmuş müvafiq qərarlara uyğun addımlar atacaq.
Rayon təşkilatının sədri həmçinin bildirib ki, seçkilər yaxınlaşdıqca müstəqil Azərbaycanın inkişafını istəməyən qüvvələr dövlətimizə qarşı qarayaxma kampaniyası apararaq ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışırlar: “Azərbaycan gücləndikcə daxildəki “5-ci kolon” və xaricdəki satqınlar ölkəmizə qarşı şər-böhtan kampaniyası aparırlar. Onlar xaricdəki anti-azərbaycançı mərkəzlərin sifarişlərini yerinə yetirərək alətə çevrilirlər”.
F.Vəliyev bildirib ki, Azərbaycan cəmiyyəti yetkin, intellektual cəmiyyətdir və bu kimi dairələr cəmiyyətimizdə dəstək qazana bilməyəcəklər. Xalqımız həmin dairələrin əməllərini qətiyyətlə pisləyir.
Şura yığıncağında bu ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar YAP Şəmkir rayon təşkilatı Seçki Qərargahı və Təbliğat-təşviqat qrupu üzvlərinin siyahısı təsdiq olunub, həmçinin bir sıra məsələlərə baxılaraq müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Paylaş:
Baxılıb: 445 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31