Cəmi 9 nömrəsi çıxmışdı...
18.05.2024 [11:40]
“Bəhlul” jurnalının nəşrindən 117 il ötür
Yeganə BAYRAMOVA
20-ci əsrin əvvələrində Azərbaycanda maarif və mədəniyyətə maraq artırdı. Vətənin taleyi müxtəlif mədəni mərkəzlərdə təhsil almış, elmin yeni nailiyyətlərindən xəbərdar olan insanları maraqlandırırdı. Geriliyi, ətaləti görən həmin ziyalıların fəaliyyət sahəsi genişlənirdi. Eyni zamanda Azərbaycan jurnalistləri demokratik mətbuatın gözəl ənənələrini böyük müvəffəqiyyətlə inkişaf etdirirdilər.
Həmin dövrlərdə Azərbaycanda demokratik mətbuatın bayraqdarı olan “Molla Nəsrəddin”in təsiri ilə bir çox mətbu orqanlar nəşrə başlamışdı. Bu sırada “Bəhlul” jurnalının adını xüsusilə vurğulamaq yerinə düşər. İctimai-mədəni inkişafımıza öz töhfəsini vermiş bu jurnal satirik jurnalistikamızın ən yaxşı nümunələrindən sayılırdı.
6 ay ömür sürmüşdü
Sabah “Bəhlul” jurnalının 117 yaşı tamam olur. Adını Şərqin folklor qəhrəmanı Bəhlul Danəndədən götürən jurnal 1907-ci il mayın 19-da nəşrə başlayıb. Cəmi 6 ay ömür sürən və 9 nömrəsi işıq üzü görən bu jurnalın əsas hədəfi Çar Rusiyasının özbaşınalıqlarını, müsəlman əhalinin çətin həyat şəraitini işıqlandırmaq idi.
“Molla Nəsrəddin”in bənzəri
Həftəlik satirik jurnal Ələsgər Əliyevin redaktorluğu, Seyid Hüseynin əməkdaşlığı ilə “Kaspi” mətbəəsində nəşr edilirdi. Jurnalın səhifələrində zəhmətkeş kütlənin 1905-1907-ci illərdəki inqilabi mübarizəsi geniş işıqlandırılırdı. Dövrün ziyalıları, həmçinin “Dərdmənd”, “Bəhlul”, “İpləmə”, “Düdük” imzaları ilə yazdıqları felyeton və məqalələrdə çarizmin müsəlman əhaliyə qarşı ayrı-seçkilik siyasətini qınayır, xalqın savadlanmasına çalışırdılar.
“Bəhlul” forma etibarı ilə “Molla Nəsrəddin”ə bənzəyirdi. Jurnalda şəkillər, felyetonlar, satirik şeir, teleqraf xəbərləri, lüğət, tapmaca və başqa yazılar dərc olunurdu. Jurnalın nömrələrində “Molla Nəsrəddin”ə dair maraqlı materiallar verilmişdi. Hər iki jurnalın əməkdaşları arasında sıx əlaqə də yaranmışdı.
Qabaqcıl ideyaların təbliği
“Bəhlul”un nəşri də dəfələrlə dayandırılmışdı. Lakin irticanın təqibi “Bəhlul”u öz yolundan döndərə bilmirdi. Onun “Camaata” adlı müraciətində “Molla Nəsrəddin”in bütün islam aləmində ən qabaqcıl ideyaları təbliğ etdiyi və məhz bu səbəbdən mürtəce qüvvələrin onu dağıtmaq, məhv etmək istədiklərini bildirirdi. Jurnal “Oyanın! Oyanın!” - deyə xalqa xitabında “Molla Nəsrəddin”i qorumağa çağırırdı.
Jurnal “zərərli məsləkinə görə” nəşrini dayandırdı. “Kəlmiyyət”, “Şeypur”, “Zənbur”, “Rəhbər” satirik jurnalları kimi “Bəhlul” da az yaşadı...
Xatırladaq ki, 2020-ci ildə Azərbaycan mətbuatının 145 illiyi münasibətilə “Bəhlul” jurnalı kitab formatında çap olunub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Dilbər Rzayeva tərəfindən ilk dəfə transfonelitersiya edilib. 146 səhifədən ibarət kitab “Bəhlul” satirik jurnalının ərəb qrafikalı əlifbadan transfonelitersiyasıdır.
Jurnalın qısa ömrü olsa da, Azərbaycan xalqının millət kimi formalaşmasında mühüm rol oynadı, milli özünüdərk prosesini hədəf tutaraq işıqlandırdı. Bütün bunlar da Azərbaycan jurnalistikasının sonrakı inkişafına güclü təkan vermişdi.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

