Beynəlxalq miqyasda əməkdaşlıq...
18.05.2024 [11:10]
Azərbaycanın dəstəklədiyi layihələr əsas stimulyatordur
Yeganə BAYRAMOVA
Hər il ölkəmizin beynəlxalq aləmə inteqrasiyası genişlənir. Əlverişli geosiyasi mövqeyi ilə fərqlənən respublikamızın bu gün beynəlxalq layihələrinin mərkəzinə çevrilməsi ölkəmizə marağı artırmaqdadır. Azərbaycanda həyata keçirilən qlobal layihələr, eləcə də ölkəmizin bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığı dünya birliyinə inteqrasiyamızı sürətləndirir.
Ölkəmizdə baş tutacaq mühüm qlobal tədbirlər sırasında COP29 xüsusi aktuallığa malikdir. İlk növbədə, BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin etirafı bu təşkilatın ölkəmizdə siyasi, iqtisadi sabitliyin tanınmasını bir daha sübut edir. Bundan başqa, ölkəmiz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata - Qoşulmama Hərəkatına 4 il sədrlik edib. Azərbaycan həmçinin Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb. Bu, dünya siyasətində unikal nümunədir.
Bütün ölkələrlə bərabərhüquqlu münasibət...
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Nəsib Məhəməliyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, İlham Əliyevin uğurlu diplomatiyası Azərbaycanı beynəlxalq aləmdə öz mövqeyini diktə etməyi bacaran ölkəyə çevirib. Onun sözlərinə görə, ölkəmizin xarici siyasətində prioritet qəbul edilən məqam beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından biri olan qarşılıqlı əlaqələrdir: “Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi onun dünya nizamının reallıqlarına cavab verən xarici siyasət yeritməsindən asılıdır.
Azərbaycanın müstəqil xarici siyasəti ilk növbədə onun bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmasına söykənir. Azərbaycan heç bir hərbi-siyasi blokda iştirak etmir və böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, bütün ölkələrlə bərabər hüquqlarla qarşılıqlı faydalı əməkdaşlıq edir. Xarici tərəfdaşlarla əməkdaşlıq yalnız qarşılıqlı münasibətlərin olduğu halda mümkündür. Rəsmi Bakının siyasi iradəsi, təşəbbüskarlığı, iqtisadi gücü təkcə Azərbaycan üçün yox, bütün region üçün tənzimləyici və lokomotiv funksiyasını yerinə yetirir. Bu mənada, Azərbaycanın istər bölgə daxilində, istərsə də beynəlxalq miqyasda əməkdaşlıq əlaqələri, həyata keçirdiyi və ya dəstək verdiyi layihələr əsas stimulyatordur”.
BMT-yə üzv ölkələrlə əməkdaşlığa hazırıq
Ölkəmizin beynəlxalq tədbirlərin təşkili üzrə zəngin təcrübəsinin olduğunu vurğulayan deputat qeyd edib ki, COP29 ölkəmizdə keçirilən ən möhtəşəm və çoxsaylı iştirakçının qatıldığı tədbirlərdən biri olacaq: “Azərbaycan tərəfi bu tədbirin uğurla keçirilməsi üçün BMT-yə üzv ölkələrlə yaxından əməkdaşlıq etməyə hazırdır. Həm təşkilati, həm də tədbirin mahiyyəti nöqteyi-nəzərindən bütün zəruri addımlar atılır. Bu baxımdan ölkəmiz beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı yüksək qiymətləndirir. COP29-un təşkili prosesinə könüllülər də yaxından cəlb olunacaq. Bu barədə qərar regional sülh gündəliyinin irəliyə aparılması kontekstində əldə edilib.
Eyni zamanda ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəf seçib. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Ölkəmiz işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji zonası” elan edib”.
Beynəlxalq aləmdə rolumuzu artıran növbəti amil...
Millət vəkili Vətən müharibəsi nəticəsində yaranmış yeni reallıqlar sayəsində Azərbaycanın regional mövqeyinin möhkəmləndiyini və beynəlxalq münasibətlər sistemindəki rolunun daha da artdığını diqqətə çatdırıb: “Yəni, İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu bir qədər də möhkəmləndirmiş oldu. İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təkliflərini ortaya qoyur. Ölkə başçısı bütün görüş və çıxışlarında, müsahibələrində regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından söz açır. Prezident yeni reallıqların çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərdiyini bəyan edir. Əlbəttə ki, bu əməkdaşlıq formatının da regional təhlükəsizlik üçün böyük əhəmiyyəti var”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12

