/ / Bahar Muradova TDT-nin ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin birinci iclasında iştirak edib
Bahar Muradova TDT-nin ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin birinci iclasında iştirak edib
17.05.2024 [17:29]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türk Dövlətləri Təşkilatının (TDT) ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin birinci iclasında iştirak edib.
“Qloballaşan dünyanın risklərinə qarşı: Ailəmiz gələcəyimizdir” mövzusunda, İstanbul şəhərində keçirilən iclasın məqsədi türk dünyası ölkələrində ailənin qorunması və gücləndirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsidir.
17 may 2024-cü il tarixdə baş tutan iclasda çıxış edən Bahar Muradova növbəti dəfə qardaş ölkədə olmaqdan məmnunluğunu ifadə edib, türk dövlətlərinin daha möhkəm birliyi naminə Təşkilatın fəaliyyətinə uğurlar arzu edib.
300 milyona yaxın insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən türk dünyasının bir yumruq kimi birləşməsinin gərəkli olduğunu vurğulayan Komitə sədri onu da əlavə edib ki, vaxtilə Ümummilli lider Heydər Əliyev tərəfindən bütün Zirvə görüşlərində bu mövzu gündəmə gətirilirdi. Qeyd edib ki, bu gün də ölkə başçısı cənab İlham Əliyevin fəaliyyətində türkdilli ölkələr arasında birliyin və koordinasiyanın artırılmasına böyük səy göstərildiyinin şahidi oluruq.
Bölgədəki Türkiyə-Azərbaycan tandeminə diqqət çəkən B.Muradova, Qarabağın baş tacı olan Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsinin iki ölkə arasındakı qardaşlığı yeni bir mərhələyə qaldırmaqla yanaşı, bütövlükdə türk dövlətləri üçün də bir yol xəritəsi olduğunu deyib.
2009-cu ildə “Naxçıvan Sazişi”nə əsasən yaradılmış Türk Dövlətləri Təşkilatının yalnız regional deyil, həm də daha geniş ərazi və ölkələrin maraq dairəsində olan çoxtərəfli əməkdaşlıq formatı kimi nüfuz qazandığını vurğulayan Komitə sədri, qurucu ölkələrdən biri kimi Azərbaycanın üzv və müşahidəçi ölkələrlə birgə məqsəd və qarşıdakı hədəflər uğrunda çalışdığını da əlavə edib.
O, Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi, bu sıraya ailə və sosial siyasət mövzusunun daxil edilməsilə kollektiv səyləri və müxtəlif əhali qruplarına xidmət sahələrini hədəfləyən mövzularda tərəfdaşlığın gücləndirilməsinin dəstəkləndiyinə diqqət çəkib. “Bəyan etdiyimiz əsil birliyə nail olmaq üçün qloballaşan dünyanın risklərinə qarşı birgə dayanmaq, ortaq dəyərlərimizi şərəfli tarix və mədəni irsimizi qorumaq ən böyük və ən mühüm vəzifəmizdir”- deyə sədr əlavə edib.
Çıxışının sonunda Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsinə diqqət çəkən B.Muradova, böyük türk ailəsinin sağlam təməllər üzərində möhkəmlənməsi işinə töhfə vermək məqsədilə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə təkliflərini səsləndirib.
İclasda Türk Dövlətləri Təşkilatının digər üzv və müşahidəçi dövlətlərinin çıxışları dinlənilib.
Yekunda Türk Dövlətləri Təşkilatının ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin birinci iclasının Deklarasiyası qəbul edilib.
12 bənddən ibarət sənəddə Türk Dövlətləri Təşkilatının ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin növbəti görüşünün 2025-ci ildə Azərbaycanda keçirilməsi, eyni zamanda təklif edilən digər məsələlər öz əksini tapıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

