Fransada etirazlar səngimir...
20.10.2026 [10:23]
Son günlərdə Fransadan gələn xəbərlər onu deməyə əsas verir ki, Makronun prezidentlik dövrünün son aylarını sakitçilik şəraitində başa vurmaqla bağlı planları puç olmaqdadır. O, müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında ölkədə 2027-ci il seçkilərindən sonra hər şeyin qaydasına düşəcəyi vədini verirdi. Makron belə vədlər verməklə Fransa cəmiyyətində artan ictimai narazılığı səngitmək və postunu müsbət imiclə tərk etmək məqsədi güdürdü.
Lakin belə görünür ki, ölkə vətəndaşlarının Makrona inamları yoxdur. Artıq günbəgün artan inflyasiyaya görə həyatlarını təmin edə bilməyən insanların səbr kasası daşıb və onlar Makronun vədlərinə inanaraq seçkilərədək gözləmək niyyətində deyillər. Necə deyərlər, ac qarına nə səbr? Bir də ki, seçkilərin nəyi isə dəyişəcəyinə də ümidlər çox azdır.
“Sarı jiletlilər” hərəkatı ölkə həyatına yenidən qayıdıb
Fransa inqilablar məskənidir və ölkə həyatının bügünkü mənzərəsi göstərir ki, ənənələr hazırda da davam edir. Söhbət ondan gedir ki, Fransada bir neçə il bundan əvvəl əsası qoyulan və qısa müddətdə qonşu ölkələrə də yayılan “Sarı jiletlilər” hərəkatı yenidən ölkə həyatına qayıdıb.
Oktyabrın 17-dən başlayan etirazlar bunun əyani təsdiqidir. Yeni inqilab dalğasının təşkilatçılığına daha əvvəl baş verən lisey şagirdlərinin etirazları fonunda başlanıb. Münasib platforma qismində sosial şəbəkələr seçilib. Sentyabrda gənc “TikTok” istifadəçilərinin “hər şeyi bloklamaq” çağırışı geniş dəstək qazanmayıb. Bunun ardınca “Sarı jiletlilər” hərəkatının üzvləri lisey şagirdlərinin narazıllıqlarını ölkə boyunca kütləvi etiraz hərəkatına çevirməyi planlaşdırıblar və onlayn çağırışlar ediblər. Eyni zamanda, həmkarlar ittifaqlarından “Solidaires” və Fermerlər Konfederasiyası aksiyalarda iştirak edəcəklərini açıqlayıblar. Ümumi Əmək Konfederasiyası (CGT) da səfərbərliyə dəstək verdiyini bildirib.
Beləliklə də, oktyabrın 17-də yanacağın bahalaşmasına, alıcılıq qabiliyyətinin azalmasına və dövlət xidmətlərinin pisləşməsinə qarşı genişmiqyaslı etirazlar vüsət alıb. Fransanın müxtəlif şəhərlərində sosial etirazlar çərçivəsində yüzlərlə aksiya və nümayişlər təşkil olunub. Sol yönümlü müxtəlif həmkarlar ittifaqları və siyasi partiyaların dəstəklədiyi aksiyalar bahalaşmaya etiraz edən “sarı jiletlilər”i, məktəbliləri, tələbələri, iqlim fəallarını və fermerləri bir araya gətirib.
Təşkilatçıların məlumatlarına görə, aksiyalarda təxminən 800 min nəfər iştirak edib.
Paytaxt Parisdə nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar qeydə alınıb. Polis gözyaşardıcı qazdan və su şırnaqlı maşından istifadə edib. Səhər saatlarından etibarən, xüsusilə dəmir yolu vağzallarının yaxınlığında yoxlamalar aparılıb. Paytaxtın bir sıra ərazilərində toplantılar qadağan edilib. Qadağanı pozanlar üçün 135 avro cərimə müəyyənləşdirilib.
Marseldə isə nümayişçilər bələdiyyə polisinin bölməsinə və meriyaya daxil olublar. Marselin 3-cü rayonunda yerləşən polis bölməsində şüşələr sındırılıb və tüstü fişəngləri atılıb. Prefektura bələdiyyə polisinin bölməsinə ziyan dəyib.
Lionda səhər saatlarında yolların bağlanması cəhdləri qeydə alınıb, bir neçə qrup polis tərəfindən dağıdılıb. Renn şəhərində isə etirazçılar dairəvi avtomobil yolunda barrikadalar qurublar. Marsel, Nansi və Lill şəhərlərində də səhər saatlarında yolların bağlanması halları müşahidə olunub.
Ölkə boyunmca etirazlar oktyabrın 18-də də davam edib. Fransanın paytaxtında gecə saatlarında Respublika meydanı və Halles məhəlləsi ətrafında nümayişçilərlə hüquq-mühafizə qüvvələri arasında bir neçə saat davam edən toqquşmalar baş verib. Hadisələrdən narazı qalan şəhər sakinləri vəziyyətin fəlakətli olduğunu bildirir, gənc etirazçılar isə tələblərinə cavab verilmədiyini deyirlər. Şəhərdə iğtişaşların yenidən alovlanmasına cavab olaraq, zorakılıqla mübarizə üzrə ixtisaslaşmış CRS 8 bölməsinin cəlb edilməsi qərara alınıb.
Fransanın Limoj şəhərində davam edən iğtişaşlar zamanı etirazçılar şəhərin tarixi bələdiyyə binasını yandırıblar. 143 illik tarixi binaya dəyən ziyan “mədəni irs üçün fəlakət” kimi qiymətləndirilir. İğtişaşlar, həmçinin Lion və Marseldə də davam edib, mağazalar qarət olunub. Etirazçılar polisə müxtəlif əşyalar atıblar. Hüquq-mühafizə orqanları səs və gözyaşardıcı qaz qumbaralarından istifadə etdikdən sonra müdaxiləyə başlayıblar.
Dövlət və hökumət qurumlarının demokratiya ilə bir araya sığmayan sərt müdaxiləsi
Makron iqtidarı indiyədək Fransanı dünyaya “demokratiyanın beşiyi və qoruyucusu” kimi təqdim edir, ayrı-ayrı ölkələrdə etirazların zor gücünə yatırılmasına qarşı çıxırdı. Lakin son hadisələr Fransa demokratiyasının astar üzünü bütün cəhətləri ilə dünyaya nümayiş etdirdi. Baş verənlər Makron iqtidarı üçün bir sınaq idi, lakin qiymət qeyri-kafi oldu. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, etirazların qarşısını almaqdan ötrü səyyar polis və jandarm bölmələri də daxil olmaqla 60 min əməkdaş cəlb edilib. Yalnız Parisdə baş verən hadisələr zamanı azı 855 nəfər saxlanılıb.
Yelisey Sarayının mövqeyi də kifayət qədər sərt olub. Makron isə oktyabrın 17-də ölkədə baş verən iğtişaşları “son dərəcə ciddi” adlandıraraq hökuməti hadisələrdən nəticə çıxarmağa və belə halların təkrarlanmaması üçün zəruri tədbirlər görməyə çağırıb. O, xalqa müraciət edərək “utanc hissi” keçirdiyini və günahkarların cəzalandırılacağını bildirib. Makronun sözlərinə görə, şəhərlərin təhlükəsizliyini təmin etmək üçün prefektlər zəruri qərarlar verəcək, lazım gəldikdə isə bəzi toplantıları qadağan edəcəklər.
Prezidentin çıxışı Fransanın siyasi dairələrində müxtəlif reaksiyalara səbəb olub. Milli Birlik Partiyasının sədri Jordan Bardella müraciəti “acınacaqlı” adlandıraraq, hakimiyyəti fransızlara təklif edəcək heç nəyinin qalmamasında ittiham edib. Eyni zamanda, ifrat sağçıların lideri Marin Lö Pen Emmanuel Makronu ölkədə yaranmış gərginliyin məsuliyyətini daşıyan şəxslərdən biri kimi göstərərək, hakimiyyəti xalqın narazılığını dinləməməkdə ittiham edib.
Respublikaçılar Partiyasının sədri Brüno Retayyo isə Makronun çıxışını “çox narahatedici” hesab edib. O, dövlət başçısını vəziyyətə nəzarəti itirməkdə ittiham edərək, fransızların müdafiəsi üçün fövqəladə vəziyyət elan etməyə çağırıb.
Paris senatoru Yannick Jadot da prezidentin çıxışını “Makronun acizliyinin dəhşətli nümayişi” kimi qiymətləndirib. O, ölkədəki vəziyyəti hər tərəfdən su alan, sükan və kapitanı olmayan gəmiyə bənzədib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25
Elm
19 Oktyabr 18:23
Siyasət
19 Oktyabr 18:12
Sosial
19 Oktyabr 18:11
Xəbər lenti
19 Oktyabr 18:07
Elanlar
19 Oktyabr 18:07
YAP xəbərləri
19 Oktyabr 18:04
Sosial
19 Oktyabr 17:47
Mədəniyyət
19 Oktyabr 17:22
Dünya
19 Oktyabr 17:16
İqtisadiyyat
19 Oktyabr 16:46
Siyasət
19 Oktyabr 16:37
Xəbər lenti
19 Oktyabr 16:36
Hadisə
19 Oktyabr 16:36
Dünya
19 Oktyabr 16:12
Sosial
19 Oktyabr 15:45
İdman
19 Oktyabr 15:45
YAP xəbərləri
19 Oktyabr 15:41
YAP xəbərləri
19 Oktyabr 15:35
Siyasət
19 Oktyabr 15:27
YAP xəbərləri
19 Oktyabr 15:04
Elanlar
19 Oktyabr 15:02
Sosial
19 Oktyabr 14:54
Gündəm
19 Oktyabr 14:33
Sosial
19 Oktyabr 14:13
Sosial
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:11
Sosial
19 Oktyabr 14:10
Mədəniyyət
19 Oktyabr 14:09
Dünya
19 Oktyabr 14:08
YAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31

