Tehran “Nüvə silahının yayılmaması haqqında” müqaviləni tərk edir?
30.09.2026 [09:23]
İran parlamentinin hazırladığı qanun layihəsi “fövqəladə əhəmiyyətli” statusla plenar iclasa çıxarılacaq
ABŞ-la İran arasında gərginliyin əsas səbəblərindən biri olan nüvə məsələsi ilə bağlı müzakirələr səngimir. Bugünlərdə “Əl-Hədəs” telekanalının yaydığı məlumata görə, İran ABŞ sanksiyalarının yumşaldılması müqabilində uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb. Qeyd edilib ki, İran-ABŞ danışıqlarında vasitəçilər razılaşmanın əldə olunmasına kömək ediblər. Daha əvvəl isə ABŞ rəsmisinə istinad edən “Axios” portalı ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı tələbləri yerinə yetirməsi müqabilində sanksiyaları yumşaltmağa və dondurulmuş aktivləri azad etməyə hazır olduğunu bildirmişdi. Lakin D.Tramp özünün sosial media hesabında bu məlumatı təkzib etmişdi.
Tehran MAQATE rəhbərinə inanmır
Daha sonra “Press TV”yə adı açıqlanmayan İran rəsmisi də Tehranın nüvə proqramından imtina, uranın zənginləşdirilməsini dayandırmağa razılaşması haqda yayılan məlumatların yalan olduğunu deyib: “İranın nüvə məsələsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır, bu məsələ ilə bağlı heç bir müzakirə aparılmır”. Mənbə bildirib ki, ABŞ hökuməti Hörmüz boğazında “ilişib qalıb” və diqqəti problemdən yayındırmaq üçün nüvə məsələsini gündəmə gətirir.
İranın xarici işlər naziri Abbas Əraqçi isə “NBC News” telekanalına deyib ki, Tehranın uranı 60 faizə qədər zənginləşdirməsi yalnız dinc məqsədlər üçün həyata keçirilir və ölkənin nüvə silahlarının yayılmaması haqqında müqavilə çərçivəsində öhdəliklərinə tam uyğundur.
Bütün bunların fonunda İran parlamentində ölkənin “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb. İran parlamentinin sədr müavini Əli Nikzadın sözlərinə görə, sənəd “fövqəladə əhəmiyyətli” statusu ilə plenar iclasa çıxarılacaq və deputatlar həmin gün ona baxmalı olacaqlar. Nikzad xatırladıb ki, İran ötən ilin sentyabrında Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandırıb. O, təşkilatın baş direktoru Rafael Qrossini “vicdansız insan” adlandırıb: “O, elə insanlardandır ki, gəlir, yoxlama aparır, bizi tərifləyir, sonra gedir və bizim əleyhimizə mənfi hesabat hazırlayır”. Parlament sədrinin müavini ötən il qəbul edilmiş qərarın İranın xeyrinə olduğunu deyib: “Məgər MAQATE-nin baş direktorunun və ya orada çalışanların nüvə enerjisi sahəsində bizə yardım göstərəcəklərinə zərrə qədər ümidimiz varmı? Əlbəttə ki, yox”.
Tehran siyasi təzyiq göstərməyə çalışır?
Təbii ki, İranın sözügedən müqavilədən çıxması gərginliyi daha da artıracaq. Belə olarsa, Tehrana qarşı hücumlar daha da güclənə bilər. Bu səbəbdən İranın belə bir addım atması inandırıcı deyil. İstisna deyil ki, Tehran bu məsələni gündəmə gətirməklə rəqiblərinə siyasi təzyiq göstərməyə çalışır. Bununla da, İran gözləyir ki, ABŞ hücumları dayandıraraq sülh üçün razılığa gəlsin. Xatırladaq ki, İranın nüvə proqramı ilə bağlı problemlərin həlli üçün ilkin addım 11 il öncə atılmışdı. Belə ki, İran və altılıq (ABŞ, Fransa, Böyük Britaniya, Çin, Rusiya Federasiyası və Almaniya) 2015-ci ilin 14 iyulunda Birgə Hərtərəfli Fəaliyyət Planı imzalayıblar. Və bununla da Tehran müstəsna olaraq dinc nüvə proqramını həyata keçirmək, 15 il ərzində 300 kq-dan artıq olmayan az zənginləşdirilmiş urana sahib olmaq imkanını, yüksək zənginləşdirilmiş uran və silah dərəcəli plutonium istehsal etməmək, nüvə sentrifuqalarının sayını 19 mindən 6,1 minə endirmək, Fordodakı zənginləşdirmə zavodunu texnologiya mərkəzinə çevirmək, MAQATE müfəttişlərinə öz nüvə obyektlərinə baş çəkməyə və Arakdakı reaktordan yalnız dinc məqsədlər üçün istifadə etməyə icazə vermək öhdəliklərini öz üzərinə götürmüşdü. “Altılıq” isə qarşılığında tətbiq edilən sanksiyaları aradan qaldırmağa razılıq vermişdi. Lakin ABŞ-da Donald Tramp prezident olarkən əldə olunmuş ən yüksək nailiyyətlərdən biri hesab olunan bu razılaşmanı “dəhşətli müqavilə” adlandırdı. Nəticədə o, 2018-ci il may ayının 8-də haqqında danışılan müqaviləni “yalan üzərində qurulan” adlandıraraq sazişdən çıxdığını rəsmi şəkildə bəyan etmişdi. Tramp, həmin il aprelin 30-da İranın nüvə silahı hazırlamaq üzrə gizli proqramının mövcudluğuna dair sübutları dərc edən İsrailin məlumatlarını rəhbər tuturdu. İsrailin Baş naziri Benyamin Netanyahu bunun İsrail kəşfiyyatının keçirdiyi əməliyyat nəticəsində məlum olduğunu iddia etmişdi. O vaxtdan etibarən nüvə danışıqlarının bərpası üçün cəhdlər olsa da, uğursuzluğa uğrayıb. 2025-ci ilin iyununda ABŞ və İsrailin İranın nüvə obyektlərini bombalaması, bu il fevral ayında müharibənin başlaması vəziyyəti daha da gərginləşdirib.
Qalibaf: İran geri çəkilməyəcək
Müharibədə İran böyük itkilərə uğrayıb. Hörmüz boğazının bağlı olması isə Tehranın neft satışına ciddi əngəllər yaradıb. Bütün bunlara baxmayaraq, İran geri çəkilmir, ABŞ-ın region ölkələrindəki bazalarına zərbələr endirir. İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, onun ölkəsinin təhlükəsizliyi təmin olunmazsa, heç bir infrastruktur təhlükəsiz olmayacaq. O, ABŞ-ın blokadası ilə bağlı deyib: “İran neft sata bilmirsə, regionda heç kim neft sata bilməz. Ölkənin təhlükəsizliyi təmin olunmazsa, heç bir infrastruktur təhlükəsiz olmayacaq”.
ABŞ Prezidenti Donald Trampın İrana qarşı təhdidlərinə toxunan Qalibaf qeyd edib: “ABŞ Prezidentinin İran xalqına qarşı nümayiş etdirdiyi təkəbbür onların hələ də davranışlarını dəyişmədiklərini göstərir”. Vaşinqtonun İrana qarşı siyasətindən imtina etməli olduğunu bildirən parlament sədri əlavə edib: “Amerikalılar bilməlidirlər ki, bu mədəni milləti məhv etməyə yönəlmiş qorxutma və təhdidlər dövrü bitdi”. O, söyləyib ki, İran təhdidlər və ya blokadalar qarşısında geri çəkilməyəcək və istənilən təcavüzə “sərt, qətiyyətli və sürətli cavablar” verəcək. Eyni zamanda, Vaşinqton administrasiyası İrana qarşı düşmən mövqeyini dəyişərsə, İran da eyni cavabı verəcək.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

