Ölkəmiz tərəqqi yolunda
11.09.2026 [17:36]
Sentyabrın 11-də Yeni Azərbaycan Partiyası (YAP) Füzuli rayon təşkilatının XII konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, təşkilat hesabat dövründə fəaliyyətini partiyanın qarşıya qoyduğu vəzifələrə uyğun qurub, rayon ərazisində partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, ideoloji prinsiplərin təbliği, qadın və gənclərin ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsi istiqamətində ardıcıl iş aparıb.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında aparıcı rolundan danışıb. O, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın möhtəşəm nailiyyətlər qazandığını bildirib.
YAP İdarə heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyasının cəmiyyətdə fəal mövqeyindən, qadınların ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, partiyanın VII qurultayından sonra fəaliyyətini daha səmərəli qurulması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Şəhid anası Səridə Zalova, Füzuli Dövlət Dram Teatrı ərazi partiya təşkilatının sədri Azər Abbasov və Böyük Bəhmənli kənd 1 nömrəli tam orta məktəbin direktoru Solmaz Qənimətli şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısından, partiya təşkilatlarının yerli səviyyədə fəaliyyətindən və ictimai təşəbbüslərdə fəal iştirakın önəmindən danışıblar.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbaszadə hesabat dövründə YAP Füzuli rayon təşkilatının ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirildiyini, o cümlədən partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.
Konfransda YAP Füzuli rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52

