Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb

Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb

03.09.2026 [23:18]

Yaxın vaxtlarda Ukrayna və onun müttəfiqləri, o cümlədən ABŞ, Rusiya ilə aparılan müharibənin başa çatdırılması ilə bağlı sülh səylərinə yeni təkan verəcəklər.

AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa jurnalistlərlə söhbəti zamanı deyib. Nazirin sözlərinə görə, sülh səylərində və müharibənin başa çatdırılmasında diplomatiya getdikcə daha fəal rol oynamalıdır.

Sibiqa, həmçinin vurğulayıb ki, ABŞ tərəfinin iştirakı olmadan buna nail olmaq real deyil – geosiyasi reallıqlar belədir.

Xarici işlər naziri, həmçinin Prezident Volodimir Zelenskinin bu yaxınlarda ABŞ-nin danışıqlar qrupunun üzvləri ilə söhbət etdiyini təsdiqləyib: “ABŞ tərəfi ilə müntəzəm əlaqə saxlanılır – bu dialoq dayandırılmayıb. Ukraynada nə tətil olub, nə də fasilə – biz torpağımız və ədalətli sülh uğrunda mübarizə aparırıq. İndi isə hesab edirəm ki, dünyanın bir çox paytaxtında siyasi-diplomatik mərhələnin fəal şəkildə bərpa olunması ilə sülh səylərində yeni dinamika müşahidə edəcəyik. Buna görə də xəbərləri izləyin”, – deyə Sibiqa bildirib.

Paylaş:
Baxılıb: 234 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30