Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Kir Starmer deputat mandatından imtina edib

Kir Starmer deputat mandatından imtina edib

01.09.2026 [23:20]

Böyük Britaniyanın sabiq Baş naziri Kir Starmer deputat mandatından imtina etdiyini açıqlayıb. O bundan sonrakı fəaliyyətini beynəlxalq məsələlərə yönəldəcəyini qeyd edib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Starmerin bu qərarı Londonun Holborn və Sent Pankras seçki dairəsində əlavə seçkilərin keçirilməsinə səbəb olacaq.

Kir Starmer bu ilin yayında Baş nazir vəzifəsindən istefa verib və onu bu postda Endi Börnhem əvəz edib. Sabiq hökumət başçısının istefasından sonra deputat kimi fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı bir neçə həftədir müzakirələr aparılırdı.

Baş nazir vəzifəsindən ayrıldıqdan qısa müddət sonra BBC-yə müsahibəsində Starmer növbəti ümumi seçkilərə qədər deputat kimi qalacağını bildirmişdi. Sabiq Baş nazir bundan sonra müdafiə, təhlükəsizlik, ticarət və texnologiya da daxil olmaqla, sürətlə dəyişən dünyada beynəlxalq məsələlərə diqqət yetirəcəyini bildirib. O, həmçinin qadın və qızlara qarşı zorakılıqla mübarizə istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Paylaş:
Baxılıb: 295 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30