Ana dilimiz – milli kimliyimizin və dövlətçiliyimizin əbədi dayağı
30.07.2026 [15:34]
Hər bir xalqın milli kimliyini, tarixi yaddaşını və mənəvi dəyərlərini yaşadan ən böyük sərvət onun ana dilidir. Ana dili xalqın keçdiyi tarixi yolun, yaratdığı zəngin mədəniyyətin və milli düşüncə tərzinin canlı ifadəsidir. Azərbaycan dili də əsrlərin sınağından alnıaçıq çıxaraq bu gün müstəqil dövlətimizin əsas sütunlarından birinə çevrilmiş, xalqımızın milli varlığını və birliyini özündə yaşadan müqəddəs dəyər kimi daim qorunmuşdur.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ana dilimizin qorunmasını və inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dili dövlət dili kimi öz layiqli mövqeyini möhkəmləndirmiş, onun tətbiq dairəsi genişlənmiş və milli-mənəvi dəyərlərimizin qorunmasında mühüm rol oynamışdır. Heydər Əliyev hər zaman bildirirdi ki, ana dilini qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur.
Bu gün Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük qətiyyət və ardıcıllıqla davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan dilinin saflığının qorunması, dövlət dili kimi nüfuzunun daha da artırılması, rəqəmsal mühitdə və informasiya məkanında düzgün tətbiqinin təmin edilməsi istiqamətində mühüm qərarlar qəbul edilmiş, məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bu siyasət Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə sadiqliyinin və öz tarixi köklərinə bağlılığının parlaq təzahürüdür.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, ana dili xalqın milli sərvəti, milli kimliyi və dövlət müstəqilliyinin mühüm atributlarından biridir. Məhz bu yanaşmanın nəticəsidir ki, bu gün Azərbaycan dili təkcə ölkə daxilində deyil, beynəlxalq platformalarda da dövlətimizi və xalqımızı layiqincə təmsil edən zəngin və nüfuzlu dillərdən biri kimi tanınır.
Azərbaycan dilinin inkişafı istiqamətində görülən işlər Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi fondların və mədəni layihələrin fəaliyyəti ilə də dəstəklənir. Milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın və mədəni irsimizin təbliği ana dilimizin zənginliyinin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir.
Qloballaşmanın sürətləndiyi müasir dövrdə xarici dillərin öyrənilməsi vacib olsa da, ana dilinə sevgi və ehtiram hər bir vətəndaşın mənəvi borcudur. Dilimizi yad sözlərin lazımsız təsirindən qorumaq, onu düzgün danışmaq və düzgün yazmaq, xüsusilə gənc nəslə sevdirmək cəmiyyətimizin ümumi məsuliyyətidir. Çünki ana dilini qoruyan xalq öz milli kimliyini, dövlətçiliyini və gələcəyini qoruyur.
Bu gün qalib və qüdrətli Azərbaycanın hərtərəfli inkişafı ilə yanaşı, Azərbaycan dilinin nüfuzunun yüksəldilməsi də dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ana dilimiz müstəqilliyimizin, milli birliyimizin və dövlətçiliyimizin əbədi rəmzi olaraq yaşayır və yaşayacaqdır. Bu müqəddəs sərvəti qorumaq hər bir azərbaycanlının həm vətəndaşlıq borcu, həm də gələcək nəsillər qarşısında mənəvi məsuliyyətidir.
Əlisoy Əli
YAP Şərur rayon təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

