/ / Azercell AWS ilə əməkdaşlıqda süni intellekt bacarıqlarının inkişafına yönəlmiş təlimlər təşkil edib
Azercell AWS ilə əməkdaşlıqda süni intellekt bacarıqlarının inkişafına yönəlmiş təlimlər təşkil edib
08.07.2026 [10:15]
Şirkət əməkdaşlarının süni intellekt sahəsində praktiki bilik və bacarıqlarının inkişafını təşviq etməyə davam edir
“Azercell Telekom” MMC bulud texnologiyaları və süni intellekt sahəsində dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan Amazon Web Services (AWS) ilə əməkdaşlıq çərçivəsində silsilə təlimlər təşkil edib. Təşəbbüs şirkət daxilində süni intellekt sahəsində bacarıqların gücləndirilməsi və komandaların praktiki biliklərinin daha da inkişaf etdirilməsi məqsədi daşıyır.
AWS ekspertləri tərəfindən keçirilən təlimlərdə Azercell-in mühəndislik, məhsulun inkişafı və texnologiyalar istiqamətləri üzrə mütəxəssisləri iştirak ediblər. Sessiyalar çərçivəsində süni intellekt əsaslı proqram təminatının hazırlanması, eləcə də rəqəmsal məhsulların inkişafına dair müasir yanaşmalar təqdim olunub.
Proqramın əsas mövzularından biri AWS-in AI-Driven Development Life Cycle (AI-DLC) – süni intellektlə dəstəklənən proqram təminatının hazırlanması metodologiyası olub. Bu metodologiya proqram təminatının hazırlanmasının bütün mərhələlərində süni intellekt texnologiyalarının sistemli şəkildə tətbiqini nəzərdə tutur. Ənənəvi yanaşmalardan fərqli olaraq, AI-DLC çərçivəsində süni intellekt planlaşdırma, kodlaşdırma, test və sənədləşdirmə kimi proseslərdə aktiv rol oynayır, mühəndislər isə ümumi nəzarəti həyata keçirir, nəticələri qiymətləndirir və strateji qərarların qəbulunu təmin edirlər. Bu həll tərtibatçılar və süni intellekt alətləri arasında əməkdaşlığın daha səmərəli qurulmasına, innovasiyaların sürətləndirilməsinə, həmçinin proqram həllərinin keyfiyyət və etibarlılığının artırılmasına imkan yaradır.
Təlimlərdə iştirakçılar süni intellekt dəstəyi ilə proqram təminatının hazırlanmasına dair real nümunələrlə tanış olublar. Bundan əlavə, müasir süni intellekt alətlərinin tərtibatçıların məhsuldarlığına, inkişaf proseslərinin səmərəliliyinə, yeni funksiyaların bazara çıxarılma müddətinə və rəqəmsal həllərin etibarlılığına təsiri müzakirə edilib.
AWS ilə əməkdaşlıq Azercell-in qabaqcıl texnologiyaların tətbiqinin genişləndirilməsinə yönəlmiş uzunmüddətli strategiyasının mühüm istiqamətlərindən biridir. Bu yanaşma eyni zamanda əməkdaşların süni intellekt sahəsində bilik və bacarıqlarının davamlı inkişafını dəstəkləyir. Davamlı öyrənmə və peşəkar inkişafa investisiya yatırmaqla şirkət əməkdaşlarının texnoloji yeniliklərə çevik uyğunlaşmasını və sürətlə dəyişən rəqəmsal mühitin tələblərinə hazır olmasını hədəfləyir.
Azərbaycanın rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olan Azercell beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirərək ölkədə qabaqcıl texnologiyaların tətbiqini təşviq etməyə və süni intellekt üzrə praktiki bacarıqların inkişafına töhfə verməyə davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19

