Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır
06.07.2026 [13:00]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin 1 iyul 2026-cı il tarixində Azərbaycana səfəri zamanı verdiyi bəyanat Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Dövlət başçısının və Avropa rəsmisinin bəyanatlarında toxunulan əsas istiqamətlər ölkələrin milli təhlükəsizlik maraqları və enerji sahəsindəki sıx əməkdaşlıq üzərində qurulmuşdur. Prezident İlham Əliyev müasir dünyada hər bir ölkə üçün enerji təhlükəsizliyinin birbaşa milli təhlükəsizliyin fundamental tərkib hissəsi olduğunu bildirdi. Bu xüsusda Azərbaycanın Avropanın etibarlı tərəfdaşı rolu yenidən təsdiqləndi. Ölkəmizin ixrac etdiyi təbii qazın mühüm bir hissəsi birbaşa Avropa İttifaqına üzv dövlətlərə yönəldilir və Azərbaycan hazırda Cənubi Qafqaz regionunda Avropa İttifaqının ən əsas ticarət tərəfdaşı mövqeyini qoruyur. Bu səfər iki tərəf arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın, enerji təhlükəsizliyi sahəsində tərəfdaşlığın və regional sabitliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Görüş zamanı aparılan müzakirələr göstərdi ki, Azərbaycan Avropanın etibarlı tərəfdaşı olaraq beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da gücləndirir.
Prezident İlham Əliyev bəyanatında Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiyini vurğuladı. Dövlət başçısı qeyd etdi ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir və bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanın strateji əhəmiyyətini daha da artırmışdır. Azərbaycan yalnız təbii qaz ixrac edən ölkə deyil, eyni zamanda bərpa olunan enerji sahəsində də böyük potensiala malikdir. Günəş, külək və digər yaşıl enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanğıcıdır. Bu sahədə Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi həm Azərbaycanın, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəkdir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın regionda sülh və sabitliyin təmin olunmasına verdiyi töhfələrdən də bəhs etmişdir. O, Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinin bütün region ölkələrinin inkişafı üçün vacib olduğunu qeyd etmiş və Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini bir daha diqqətə çatdırmışdır. Dövlət başçısı regionda kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişlənməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsinin uzunmüddətli sabitliyə xidmət etdiyini vurğulamışdır. Bəyanatda iqtisadi əməkdaşlıq məsələlərinə də geniş yer ayrılmışdır. Qeyd olunmuşdur ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Qarşılıqlı investisiyaların artırılması, nəqliyyat, logistika, rəqəmsal inkişaf, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi hər iki tərəfin maraqlarına cavab verir. Orta Dəhliz layihəsinin inkişafı da Avropa ilə Asiya arasında yükdaşımaların daha sürətli və təhlükəsiz həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın müstəqil xarici siyasət kursunu uğurla davam etdirdiyini və bütün tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verdiyini bildirmişdir. O vurğulamışdır ki, ölkəmizin beynəlxalq nüfuzu ildən-ilə artır, həyata keçirilən iri infrastruktur layihələri isə Azərbaycanın regional və qlobal əhəmiyyətini daha da gücləndirir. Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə etmiş, əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənəcəyini qeyd etmişdir. Ursula fon der Lyayenin Azərbaycana səfəri və keçirilən yüksək səviyyəli görüşlər bir daha göstərdi ki, tərəflər qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli strateji tərəfdaşlığın inkişafında maraqlıdırlar. Azərbaycan–Avropa İttifaqı münasibətlərinin gələcək inkişaf perspektivlərini müəyyən edən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. Bu bəyanat ölkəmizin enerji təhlükəsizliyi, iqtisadi inkişaf, regional əməkdaşlıq və beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi uğurlu siyasətin bariz ifadəsidir.
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsi həm regionun, həm də Avropanın sabitliyi və rifahı üçün mühüm əhəmiyyət daşıyır.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

