YAP İmişli rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü qeyd olunub
03.07.2026 [17:35]
İyulun 3-də Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Milli Məclisin deputatı Səyyad Aran, YAP Gənclər Birliyinin sədr müavini, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Fəsli Nəbiyev, ərazi partiya təşkilatlarının sədrləri, partiya veteranları və çoxsaylı partiya üzvləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, eləcə də vəfat etmiş partiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaranma tarixini, keçdiyi inkişaf yolunu və qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunub.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxış edərək rayon təşkilatının ötən illər ərzində həyata keçirdiyi fəaliyyət, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. O, əlamətdar gün münasibətilə bütün partiya üzvlərini təbrik edib, onlara möhkəm cansağlığı, ictimai-siyasi fəaliyyətlərində uğurlar və dövlətimizin inkişafı naminə yeni nailiyyətlər arzulayıb.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının qısa müddətdə ümumxalq partiyasına çevrilməsinin əsas səbəbi xalqın Ümummilli Lider Heydər Əliyevə olan sonsuz etimadı və sevgisi idi. O qeyd edib ki, xalq məhz Heydər Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın sabitliyini, inkişafını və gələcəyini təmin edə bilib.
Milli Məclisin deputatı Səyyad Aran çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurət olduğunu bildirərək, təşkilatın keçdiyi şərəfli və məsuliyyətli inkişaf yolundan geniş bəhs edib. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqillik yolunda inamla irəliləyir, Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verir.
YAP Gənclər Birliyinin sədr müavini, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Fəsli Nəbiyev YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun salamlarını və təbriklərini tədbir iştirakçılarına çatdırıb, rayon təşkilatının fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd edərək məsuliyyətli vəzifələrində uğurlar arzulayıb.
Digər çıxış edənlər – Aydan Abışova və Mərziyyə Nəsirova Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün istiqamətlər üzrə əldə olunan inkişafdan, xüsusilə təhsil sahəsində həyata keçirilən islahatlardan, xalq-iqtidar birliyinin Azərbaycanın tarixi Zəfərinin əsas amillərindən biri olmasından danışıblar.
Tədbir çərçivəsində YAP veteranları və ictimai-siyasi fəaliyyəti ilə fərqlənən fəal partiya üzvləri “Fəxri Fərman”larla təltif olunub, onlara xatirə hədiyyələri təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25

