/ / Tərtərdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Milli memarlıq irsimiz: tarixdən gələcəyə” adlı tədbir keçirilib
Tərtərdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Milli memarlıq irsimiz: tarixdən gələcəyə” adlı tədbir keçirilib
03.07.2026 [14:17]
YAP Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı tədbir keçirilib.
Tədbirdə YAP Tərtər rayon təşkilatının, rayon icra hakimiyyətinin, eləcə də rayonun müvafiq idarə, müəssisə və təşkilatlarının məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyələr iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini qeyd edərək, təsdiq olunmuş tədbirlər planının müvafiq bəndlərinin icrası ilə bağlı qarşıda duran məsələlərdən danışıb, şəhərsalma və memarlıqla bağlı sağlam və dayanıqlı mühitin formalaşdırılması, tikinti qanunvericiliyi, norma və qaydaları barədə ətraflı məlumat verib.
Sonra YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev çıxışında bildirdi ki, bu gün ölkəmizdə "Memarlıq və Şəhərsalma İli"nin elan olunması təsadüfi deyil. Bu qərar Azərbaycanın müasir inkişaf strategiyasında şəhərlərin planlı qurulmasına, milli memarlıq irsinin qorunmasına, yaşayış məntəqələrinin abadlaşdırılmasına və dayanıqlı inkişafın təmin edilməsinə verilən böyük əhəmiyyətin bariz ifadəsidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə şəhərsalma və memarlıq sahəsini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirirdi. Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Bakının və respublikanın digər şəhərlərinin inkişafı yeni mərhələyə qədəm qoydu. Tarixi memarlıq abidələrinin qorunması, yeni yaşayış massivlərinin salınması, inzibati binaların, sosial obyektlərin, məktəblərin, xəstəxanaların, mədəniyyət ocaqlarının tikintisi və şəhər infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm addımlar atıldı.
Daha sonra Tərtərçay Hidroqonşagı İstismarı İdarəsinin rəis müavini Şəmsi Musayev,şəhid qardaşı Yaşar Əliyev,tibb baçıları Aygün Mayliova,Şəfəq Yusifzadə,dizinfektor Mehriban Zamanova və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəliyinin əməkdaşı Lalə Kərimova çıxış ediblər. Çıxışçılar Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində mühüm işlər görüldüyünü, şəhərlərin simasının dəyişdiyini, yeni mikrorayonlar salındığını, Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərin inkişaf planları hazırlanaraq həyata keçirildiyini vurğulayıblar.Qeyd olunub ki, tarixi və memarlıq abidələrinin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Ulu Öndərin siyasi kursu bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev tərəfindən memarlıq və şəhərsalma sahəsində böyük dövlət proqramları icra olunur, qədim ənənələr qorunmaqla şəhərlərimizin siması müasirləşdirilir. Bu gün Bakı dünyanın ən müasir və inkişaf etmiş şəhərlərindən biri kimi tanınır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işləri aparılır. Azad edilmiş ərazilərdə müasir standartlara cavab verən, ekoloji cəhətdən təmiz, “yaşıl enerji” prinsiplərinə əsaslanan yeni şəhərlər və yaşayış məntəqələri salınır.
Həmçinin bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin müxtəlif bölgələrində tarixi və dini abidələrin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Bu təşəbbüslər milli memarlıq irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25

