/ / IRENA: Bərpaolunan enerji stansiyaları ənənəvi yanacaq xərclərinə 480 milyard dollar qənaət etməyə imkan verib
IRENA: Bərpaolunan enerji stansiyaları ənənəvi yanacaq xərclərinə 480 milyard dollar qənaət etməyə imkan verib
03.07.2026 [20:16]
2025-ci ildə istifadəyə verilən bərpaolunan enerji güclərinin 90 faizdən çoxu qalıq yanacaq əsaslı elektrik stansiyalarından daha ucuz başa gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) "2025-ci ildə bərpaolunan enerji istehsalının dəyəri" hesabatında bildirilir.
Hesabata görə, Günəş elektrik stansiyalarının istehsal dəyəri dəyişməyərək hər meqavat-saat (MWh) üçün 44 dollar olub. Qurudakı külək elektrik stansiyalarında bu göstərici 4 faiz azalaraq 33 dollara/MWh, dəniz külək elektrik stansiyalarında isə 3 faiz azalaraq 78 dollara/MWh düşüb.
Eyni zamanda, qazla işləyən yeni elektrik stansiyalarında xərclər artıb. İtaliya, Almaniya və Yaponiya kimi qazın baha olduğu ölkələrdə elektrik enerjisinin istehsal dəyəri 100 dollara/MWh yaxınlaşıb.
IRENA-nın hesabatına əsasən, 2025-ci ildə fəaliyyət göstərən bərpaolunan enerji stansiyaları ənənəvi yanacaq xərclərinə 480 milyard dollar qənaət etməyə imkan verib. Hesabatda bildirilir ki, bu, bərpaolunan enerjinin geosiyasi risklər fonunda iqtisadi sabitliyi gücləndirdiyini göstərir.
IRENA-nın Baş direktoru Françesko La Kamera bildirib ki, mövcud bərpaolunan enerji gücləri hesabına əldə olunan qənaət ildən-ilə artır və gələcək enerji böhranlarına qarşı etibarlı maliyyə təminatı yaradır.
COP31 Prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum isə qeyd edib ki, daha çox insanın bu üstünlüklərdən yararlanması üçün bərpaolunan enerji layihələrinin genişləndirilməsi və elektrikləşmənin sürətləndirilməsi vacibdir.
Hesabatda qeyd olunur ki, 2026-cı ilin əvvəlində Hörmüz boğazının bağlanması nəticəsində Asiya və Avropada enerji idxalının bahalaşdığı dövrdə bərpaolunan enerji mühüm maliyyə dəstəyi rolunu oynayıb.
İndoneziya, Tailand və Filippində mövcud bərpaolunan enerji gücləri 2025-ci ildə kömür və qaz idxalına 5,7 milyard dollar qənaət etməyə imkan verib. Həmin enerji həcmi 2026-cı ilin mart-may aylarında müşahidə olunan yüksək yanacaq qiymətləri ilə hesablanarsa, qənaətin həcmi 6,5 milyard dollara çatardı.
Ən böyük qənaət Çinin payına düşüb. Bu ölkədə bərpaolunan enerji hesabına 177 milyard dollar qənaət edilib. Sonrakı yerlərdə ABŞ (35 milyard dollar), Braziliya (32 milyard dollar), Hindistan (18 milyard dollar), Almaniya (18 milyard dollar) və Yaponiya (15 milyard dollar) qərarlaşıb.
Hesabatda bildirilir ki, 2010-cu ildən bəri Günəş fotovoltaik elektrik enerjisinin dəyəri 89 faiz, konsentrasiyalı Günəş enerjisinin dəyəri 72 faiz, qurudakı külək elektrik stansiyalarının dəyəri 71 faiz, dəniz külək elektrik stansiyalarının dəyəri isə 63 faiz azalıb. Bu azalmada, xüsusilə Çində istehsal güclərinin sürətlə artması mühüm rol oynayıb.
Qeyd olunub ki, təmiz enerji texnologiyalarının istehsalına yatırılan investisiyalar azalır. Bu sahəyə rüblük investisiyalar 2023-cü ildəki 70 milyard dollar səviyyəsindən 2025-ci ilin sonuna 35 milyard dollara enib.
Agentliyin proqnozuna görə, Çin bazarında aparılan islahatlar, xammal və komponent qiymətlərinin bahalaşması, həmçinin qlobal ticarət və tarif siyasətindəki dəyişikliklər yaxın dövrdə bərpaolunan enerji layihələrinin quraşdırma xərclərini artıra bilər. Bununla belə, uzunmüddətli perspektivdə 2035-ci ilədək bərpaolunan enerji texnologiyalarının dəyərinin azalmağa davam edəcəyi, lakin əvvəlki illərlə müqayisədə bu prosesin daha yavaş olacağı gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

