32 il ötdü...
03.07.2026 [12:10]
Erməni vandalizminin qanlı izləri - metro terroru
20-ci əsrin sonlarında ölkəmizə qarşı həyata keçirilən terror aktları ölkənin mülki əhalisini hədəf alan ən ağır cinayətlərdən biri idi. Xüsusilə, Birinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı illərdə müxtəlif terror aktları nəticəsində yüzlərlə günahsız insan həlak olub, minlərlə insan yaralanıb. Bu hücumların məqsədi cəmiyyət arasında qorxu yaratmaq, ölkədə sabitliyi pozmaq və siyasi təzyiq göstərmək idi.
10 il ərzində 2 mindən çox qurban...
İfrat millətçilik əhval-ruhiyyəsindən doğan və “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni terrorizmi daim ermənilərin dəyişən siyasi məqsədlərinə uyğunlaşırdı. 1980-ci illərdə Ermənistanın Qarabağ bölgəsinə qarşı qanunsuz və əsassız ərazi iddialarının ortaya çıxması ilə, erməni terror təşkilatlarının fəaliyyəti Azərbaycana yönəldi. 1980-ci illərin ikinci yarısı erməni terrorçularının ölkəmizin ərazisində əsasən sərnişin avtobuslarının və metro qatarlarının partlayışları ilə müşahidə olunan terror aktları ilə qeydə alınmışdı. 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində törədilən bu terror aktları 2 mindən çox insanın ölümünə səbəb olmuşdu.
1 ildə 2 terror aktı
1994-cü illərdə xalqımıza qarşı terror aktları snayper hücumları və ya yaxınlıqdakı çaylara atılan partlayıcı oyuncaqlar şəklində davam edirdi. Əsas qurbanlar isə qadınlar, uşaqlar və qocalar idi.
Təkcə 1994-cü ildə Bakı metropolitenində vətəndaşlarımıza qarşı iki terror aktı törədilib. Həmin il martın 19-u saat 13:00-da 20 Yanvar metrostansiyasında partlayış baş verdi. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayandıqdan sonra partlayıb. Partlayış nəticəsində 14 nəfər həlak olub və 49 nəfər yaralanmışdı.
13 ölü, 58 yaralı...
1994-cü il iyulun 3-də isə Bakı metrosunda ikinci terror hadisəsi yaşandı. Bu gün sözügedən faciəli hadisədən 32 il ötür. Həmin gün saat 20:30-da metronun “28 May” stansiyasından “Gənclik” stansiyası istiqamətində hərəkət edən qatarın platformaya çatmasına 500 metr qalmış qatarın ikinci vaqonunda partlayış baş verib. Partlayışdan sonra qatarda yanğın başlayıb. Terror aktı nəticəsində 13 nəfər həlak olub, 58 nəfər isə yaralanmışdı.
Partlayışın təşkil edilməsi ilə əlaqədar Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər Aslanov həbs olunub. O, 1997-ci ilin 29 noyabr tarixində Azərbaycana ekstradisiya edilib. Azər Aslanov ifadəsində bildirib ki, o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına məhkum edilib.
İstintaq nəticəsində müəyyən edilib ki, 1994-cü il yanvarın 13-də Qarabağda erməni əsirliyinə düşmüş Azər Aslanov Ermənistanda olarkən erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilib. Belə ki, onu azad etmək bəhanəsi ilə 16 iyun 1994-cü ildə anası Tacibat Aslanova ermənilər tərəfindən İrəvana dəvət olunur, Azər Aslanova isə anasının girov olduğunu və onun azad olunması üçün Aslanovun Bakı metropolitenində partlayış təşkil etməli olduğu bildirilir. Bundan sonra 3 iyul 1994-cü ildə, İrəvan-Mineralniye Vodi-Bakı marşrutu ilə A.Aslanov erməni xüsusi xidmət orqanlarının hazırladıqları saxta sənədlərlə Azərbaycana gəlir, terror aktını törədir və Ermənistana qayıdır. Yalnız bundan sonra onun girovluqda saxlanılan anası azad edilir və onlar Ermənistanı tərk edirlər.
Terror aktının təlimatçıları, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları, polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olublar. A.Aslanovun ifadələri əsasında, məhkəmənin göstərişi ilə Zori Balayana qarşı cinayət işi açılıb, 1999-cu ildə Azərbaycanın Baş Prokurorluğunun təqdimatı əsasında Z.Balayan İnterpolun xətti ilə beynəlxalq axtarışa, sonra isə MDB dövlətlərində beynəlxalq axtarışa verilib. 2001-ci ildə erməni tərəfinin müraciəti əsasında İnterpol Z.Balayanı axtarışda olan şəxslər siyahısından çıxarıb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

