/ / Avropa İttifaqı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirir
Avropa İttifaqı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirir
02.07.2026 [14:36]
Məlumdur ki, ölkəmizin xarici siyasətinin əsas xəttini qarşılıqlı etimad, qarşılıqlı hörmət və dövlətlərlə, beynəlxalq təşkilatlarla bərabərhüquqlu əməkdaşlıq təşkil edir. Yeri gəlmişkən, bu prinsipial yanaşmanın nəticəsidir ki, ölkəmiz qlobal aləmdə etibarlı tərəfdaş kimi qəbul olunur, milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı beynəlxalq təşkilatlarla səmimi, konstruktiv və qarşılıqlı faydaya əsaslanan münasibətlər qurur. Məhz bu siyasətin nəticəsidir ki, ölkəmiz beynəlxalq aləmdə özünəməxsus mövqe qazanıb. Dövlət və hökumət başçılarının ölkəmizə qarşılıqlı səfərləri, Azərbaycanın irəli sürdüyü təşəbbüslərin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi və əməkdaşlıq platformalarının dəstəklənməsi də məhz bunun bariz göstəricisidir. Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri də Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, etibarlı tərəfdaş kimi qazandığı etimadın və həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təsdiqi kimi yadda qaldı.
Onu da qeyd edək ki, Azərbaycan Avropa üçün mühüm strateji tərəfdaşdır. Bu səfər isə tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi, mövcud tərəfdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin yeni mərhələyə yüksəldilməsi məqsədi daşıyırdı. Görüşdən sonra Prezident İlham Əliyev mühüm mesajlar verərək bildirdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlət başçısı vurğuladı ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olmaqla yanaşı ölkəmiz də Cənubi Qafqazda Avropa İttifaqının ən mühüm iqtisadi tərəfdaşıdır. Prezident enerji sahəsində əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini, Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra Azərbaycan qazının Avropa bazarındakı rolunun daha da artdığını diqqətə çatdırdı. Dövlət başçısı qeyd etdi ki, enerji təhlükəsizliyi müasir dövrdə milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib və Azərbaycanın həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin mühüm dayaqlarından biri olub. Şərq - Qərb və Şimal - Cənub nəqliyyat dəhlizləri çərçivəsində həyata keçirilən layihələr ölkəmizin beynəlxalq yükdaşımalarında strateji mövqeyini daha da gücləndirib. Prezident İlham Əliyev bərpaolunan enerji sahəsində geniş əməkdaşlıq perspektivlərinin mövcud olduğunu vurğulayaraq Azərbaycanın bu istiqamətdə də Avropa İttifaqının etibarlı və strateji tərəfdaşı olacağına əminliyini ifadə etdi. Regional təhlükəsizlik və sülh məsələlərinə də toxunan dövlətimizin başçısı Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və əməkdaşlığın təmin edilməsinin regionun uzunmüddətli inkişafı üçün əsas şərt olduğunu bildirdi. Prezident qeyd etdi ki, bu məqsədə nail olmaq üçün qarşılıqlı etimadın möhkəmləndirilməsi və beynəlxalq tərəfdaşların dəstəyi mühüm əhəmiyyət daşıyır.
Xüsusilə qeyd etmək lazımdır ki, Avropa Komissiyasının Prezidentinin ölkəmizə səfəri bir daha göstərdi ki, bu nüfuzlu qurum ölkəmizlə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Bu isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin, ölkəmizin beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş kimi qazandığı mövqenin bariz göstəricisidir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti səfər zamanı Avropa İttifaqı üçün olduqca əhəmiyyətli tərəfdaşlığı dərinləşdirmək məqsədilə buradayam deyərək Azərbaycanın strateji əhəmiyyətini xüsusi qeyd etdi. Eyni zamanda Prezident İlham Əliyevə müraciətlə Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərinizi nümayiş etdirmisiniz fikrini səsləndirdi. Bu fikirlər Azərbaycanın beynəlxalq səviyyədə qazandığı etimadın, Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin və ölkəmizin regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq aləmdə yüksək qiymətləndirildiyini bir daha təsdiqlədi.
Ən əsası, Avropa İttifaqı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına da xüsusi diqqət yetirir. Avropa Ursula Fon der Lyayenin ölkəmizə səfəri Azərbaycan - Avropa İttifaqı münasibətlərində yeni strateji mərhələ kimi yadda qaldı.
Şəmsi Nəcəfov,
YAP Göygöl rayon təşkilatı üzrə “24 № li Yol İstismarı “ Məhdud Məsuliyyətli Cəmiyyəti ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25

