Azərbaycan üçün etibarlı tərəfdaş
02.07.2026 [12:25]
Bakıda QDTİB Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı keçirilir
İyulun 1-də Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı keçirilib. Əvvəlcə QDTİB-nin prezidenti Serhat Köksal və bankın rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Lider
Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər qoyulub.
AZƏRTAC xəbər verir ki, İllik Toplantının açılış mərasimində çıxış edən maliyyə naziri, QDTİB-nin Azərbaycan üzrə rəhbəri Sahil Babayev bu mötəbər tədbirin qlobal iqtisadiyyatda mühüm transformasiyaların baş verdiyi bir dövrə təsadüf etdiyini bildirib. Nazir geosiyasi dəyişikliklər, iqlim çağırışları və təchizat zəncirlərinin yenidən formalaşdığı şəraitdə regional əməkdaşlığın gücləndirilməsi üçün kapitalın, innovasiyaların və insan potensialının bir araya gətirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sahil Babayev son illərdə Azərbaycanda iqtisadiyyatın dayanıqlığının artırılması, şaxələndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl iqtisadi siyasətdən bəhs edib. Nazir bu prioritetlər çərçivəsində enerji sektoru ilə yanaşı, nəqliyyat-logistika, rəqəmsal iqtisadiyyat və bərpaolunan enerji kimi qeyri-neft sahələrinin inkişafına xüsusi diqqətin yetirildiyini bildirib. O, diqqətə çatdırıb ki, Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərqi birləşdirən müasir nəqliyyat və logistika infrastrukturunun yaradılması məqsədilə mühüm investisiyalar həyata keçirilib.
Çıxışında ölkəmizin tranzit potensialına da toxunan maliyyə naziri Azərbaycanın Avrasiya məkanında mühüm iqtisadi və logistika qovşağına çevrildiyini vurğulayıb. Bildirilib ki, xüsusilə “Orta Dəhliz”in artan strateji əhəmiyyəti, limanlara, avtomobil və dəmir yollarına, logistika mərkəzlərinə, habelə rəqəmsal infrastruktura yönəlmiş irimiqyaslı investisiyalar ölkənin tranzit və etibarlı ticarət tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirib.
Azərbaycan ilə QDTİB arasında əməkdaşlıq münasibətlərindən danışan Sahil Babayev qeyd edib ki, banka üzv ölkələri yalnız coğrafi yaxınlıq deyil, həm də ticarət, investisiya və davamlı inkişaf naminə ortaq maraqlar birləşdirir. O bildirib ki, QDTİB Azərbaycan üçün etibarlı tərəfdaş olmaqla yanaşı, regional inteqrasiyanın dərinləşdirilməsi və innovasiyaların təşviqi vasitəsilə mövcud potensialın real iqtisadi imkanlara çevrilməsinə mühüm töhfə verir. Nazir bankın özəl sektorun inkişafına, infrastruktur layihələrinin maliyyələşdirilməsinə və ticarətin dəstəklənməsinə verdiyi dəstəyi yüksək qiymətləndirərək prioritet istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.
QDTİB-nin prezidenti Serhat Köksal çıxışında bankla uzun illər ərzində formalaşmış möhkəm və etibarlı tərəfdaşlığa görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan son onilliklər ərzində güclü institutlara, müasir infrastruktura və şaxələndirilmiş istehsal bazasına malik dinamik iqtisadiyyatı olan ölkəyə çevrilib. Serhat Köksal vurğulayıb ki, ölkə bu gün yalnız aparıcı enerji istehsalçısı kimi deyil, həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji nəqliyyat və logistika qovşağı kimi mühüm rol oynayır.
O, əlavə edib ki, bankın Azərbaycandakı fəaliyyəti ölkənin dəyişən iqtisadi prioritetlərinə uyğun olaraq daim inkişaf edib. Bildirib ki, Bakıda keçirilən İllik Toplantı yeni tərəfdaşlıqların qurulması, investisiya imkanlarının qiymətləndirilməsi və Azərbaycanın növbəti inkişaf mərhələsinə praktiki dəstək mexanizmlərinin müzakirəsi üçün mühüm platformadır. Serhat Köksal təmsil etdiyi qurumun Azərbaycanın davamlı inkişafına töhfə verəcək yeni layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığı genişləndirməyə hazır olduğunu deyib.
İllik Toplantıda QDTİB-nin 2025-ci il üzrə fəaliyyəti qiymətləndirilib, maliyyə hesabatları təsdiq edilib və 2026-cı il üzrə büdcəsi müzakirə olunub.
Qeyd edək ki, 2027-ci ildə Bankın Rəhbərlər Şurasının 29-cu İllik Toplantısına sədrlik Bolqarıstana keçir. QDTİB-nin Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı bu gün, iyulun 2-də “Bazarların əlaqələndirilməsi və iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq rolunda” mövzusuna həsr olunacaq Biznes Forumla davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

