/ / 15 iyun 1993-cü il – dövlətçiliyimizin müqəddəratı naminə xilaskarlıq missiyasının başlandığı tarix!
15 iyun 1993-cü il – dövlətçiliyimizin müqəddəratı naminə xilaskarlıq missiyasının başlandığı tarix!
12.06.2026 [09:34]
Bu günlərdə Müstəqil Azərbaycan Respublikasının ən yeni tarixinin daha bir əlamətdar hadisəsini qeyd edirik. Xalqımızın müstəqilliyinin bərpasından sonra üzləşdiyi təhlükə və bəlalardan xilas olması üçün tarixi fürsəti düzgün qiymətləndirdiyi həmin olay artıq uzun illərdir ölkəmizdə ən əziz bayramlardan hesab olunur. Milli Qurtuluş Günü kimi milli təqvimimizə həkk olunan 15 İyun tarixi Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətimizin ali hakimiyyətində təmsil olunmaq təklifini qəbul edərək Azərbaycan parlamentinin sədri seçildiyi gündür.
Müstəqilliyin bərpasının ilk dövrlərdə iqtidarda olan siyasi qrupların idarəçilikdə buraxdıqları kobud səhvlərin, dövlət quruculuğunu həyata keçirmək əvəzinə hakimiyyət uğrunda mübarizə aparmalarının nəticəsi olaraq baş qaldıran siyasi böhran 1993-cü ilin ortalarına doğru daha da dərinləşmişdi. Bütün bunların fonunda isə torpaqlarımız müdafiəsiz qaldığından Ermənistan işğalçı hücumlarını artırırdı. Digər tərəfdən, ölkədə separatçılıq baş qaldırmış, cinayətkarlıq artmış, hakimiyyət orqanlarının fəaliyyəti iflic vəziyyətə düşmüşdü. Təəssüf ki, həmin dövrdə Azərbaycan xalqı dövlətə rəhbərlik edə biləcək həqiqi liderdən uzaq düşmüşdü. Müstəqilliyimizin itirilməsi, dövlətçiliyimizin məhvi təhlükəsi real idi. Xalq isə hələ də ümidini itirməmişdi. Bu baxımdan, 1992-ci ilin noyabrında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi və qısa zamanda on minlərlə insanın bu yeni siyasi təşkilatın sıralarına üzv olması ondan xəbər verirdi ki, xalqımız öz nicatını, dövlətin xilasını məhz Ümummilli Liderin siyasi hakimiyyətə gəlişində görür.
Həmin tarixi hadisənin şahidi olanların da birmənalı şəkildə söylədiyi kimi, təkcə Ulu Öndərin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlməsi və 15 iyun 1993-cü ildə parlamentdə baş tutan səsvermənin nəticəsi həmin günü əlamətdar edən səbəb olmayıb. Əsas tarixi məsələ müharibə aparan dövlətin cəbhə bölgəsinə yaxın olan ikinci böyük şəhərində 10 gün əvvəl baş vermiş qiyam, daha doğrusu, ovaxtkı iqtidarın Gəncədəki hərbi hissəyə silahlı müdaxilə etmək cəhdinin uğursuzluğunun nəticəsində vətəndaş müharibəsi təhlükəsi ilə üzləşən ölkənin rəhbərliyinə xilaskarlıq missiyası şübhə doğurmayan şəxsin gəlməsi idi. Həmin tarixin mötəbərliyi onda idi ki, dahi şəxsiyyət ona bəslənilən ümidləri doğrultmaq və ölkəni xilas etmək üçün böyük məsuliyyət tələb edən Azərbaycan xalqının qurtuluş missiyasını öz üzərinə götürdü.
Hadisələrin sonrakı gedişi, Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin həyata keçirilməsi nəticəsində Azərbaycanda yaradılan sabitlik və əmin-amanlıq xalqın inamının əbəs olmadığını göstərdi. Qısa müddətdə təhlükəsizlik və ordu quruculuğu sahəsində atılan addımların hesabına cəbhədə əldə edilən uğurlar yeni ərazilərin işğalına həvəslənən düşməni atəşkəs masasına oturmağa məcbur etdi. Belə ki, təxminən bir il ərzində əldə edilən nailiyyətlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından başlanan yolun Milli Qurtuluşun əsası olduğunu göstərdi. Buna görə də sonrakı illərdə özünün sabitlik və inkişaf dövrünü yaşayan xalqımızın həmin tarixin əbədiləşdirilməsi istiqamətində tələbləri rəsmiləsdirildi.
2003-cü ildə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev Ümummilli Liderin layiqli davamçısı kimi xilaskarlıq missiyasını işğal altında olan torpaqların azad edilməsi istiqamətində davam etdirdi və uğurla nəticələndi.
Dünyada qlobal səviyyədə qəbul edilmiş humanist dəyərləri və beynəlxalq hüquq prinsiplərini həmişə əsas götürən Azərbaycan Respublikası işğala məruz qalan tərəf olsa da, heç vaxt sülh danışıqlarından imtina etmədi. Bu siyasətin nəticəsidir ki, 1994-cü ilin mayında elan edilən atəşkəsdən sonra torpaqları işğal altında olsa da, 1 milyona yaxın əhalisi məcburi köçkün və qaçqın vəziyyətində yaşasa da, münaqişənin danışıqlar yolu ilə həllinə çalışdı.
Eyni zamanda, Azərbaycan dövləti sadəcə vaxt udmağa çalışan, 2016-cı ilin aprelində və 2020-ci ilin iyulunda (Tovuz döyüşləri) təxribat törədən, yeni ərazilər işğal etməkdən də çəkinmədiyini nümayiş etdirən işğalçı tərəfi yerində otuzdurmağı da bacardı.
2020-ci ilin sentyabrında baş verən düşmən təxribatını dayandırmaq üçün başlayan əks-hücum əməliyyatı isə Azərbaycan dövləti üçün müqəddəs savaşın başlanğıcı oldu. Atəşkəs dövründə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və müasir Silahlı Qüvvələrini yarada bilən Azərbaycan 44 günlük müharibədə öz torpaqlarını işğaldan azad etmək qüdrətində olduğunu sübut etdi. Şanlı Qələbədən sonra uzun illər işğal altında olan torpaqların döyüşsüz və lokal xarakterli antiterror əməliyyatları yolu ilə azad edilməsi nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin olundu.
Döyüş meydanında əldə edilən zəfər diplomatik masada, eyni zamanda dinc quruculuq dövrü üçün mühüm geostrateji addımların atılmasını şərtləndirdi. Vətən müharibəsindəki qələbədən sonra ilk dəfə 15 İyun – Milli Qurtuluş Gününü qalib olaraq qeyd edən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində 2021-ci ildə daha bir tarixi hadisə baş verdi. Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərinin yeni mərhələyə qədəm qoymasını labüdləsdirən Şuşa bəyannaməsinin imzalanması ata vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyevin iki qardaş ölkə arasında mövcud olan münasibətlərin daha yüksək zirvəyə qalxmasında heç bir tərəddüdsüz və qəti şəkildə səy göstərdiyini sübut etdi.
Milli Qurtuluş Günü xalqımızın şanlı tarixlərindən biri və müasir dövlətçilik salnaməmizin isə ən şərəfli səhifəsidir, desək, yanılmarıq. Ona görə ki, 15 İyun – Azərbaycanın müstəqilliyinin, xalqın xilasının, dövlətçiliyimizin müqəddəratının həll olunduğu tarixi bir gündür. Beləliklə, 33 illiyini qeyd etdiyimiz Milli Qurtuluş Günündə, eyni zamanda doğma və müqəddəs Şuşa şəhərimizdə baş verən tarixi hadisənin ildönümündə, iki qardaş ölkənin – Azərbaycan və Türkiyənin müttəfiqliyini qürurla yada salırıq. Sözsüz ki, bu qürurverici anları bizə yaşadan Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mühüm rolunu vurğulamağı özümüzə borc bilir, illər keçdikcə xüsusi önəm qazanan Milli Qurtuluşun xalqımız üçün daimi və əbədi olması arzusu ilə bir daha xilaskarımız Ulu Öndər Heydər Əliyevi ehtiramla anırıq!
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10

