Şəmkirdə Səməd Vurğunun 120 illik yubleyi münasibətilə tədbir keçirilib
10.06.2026 [19:53]
Şəmkir rayonunda Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Məzahir Hüseynzadə, Ramiz Göyüşlü, Barat Vüsal, filologiya elmləri doktoru, professor Rüstəm Kamal və digər rəsmi qonaqlar, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, müəllimlər, gənclər və ədəbiyyatsevərlər iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli şair Səməd Vurğunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Səməd Vurğunun Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlərindən, onun zəngin bədii irsinin milli-mənəvi dəyərlərimizin qorunması və təbliğindəki rolundan bəhs edib. Bildirib ki, şairin yaradıcılığı vətənpərvərlik, insanpərvərlik və yüksək mənəvi keyfiyyətlərin təbliği baxımından bu gün də öz aktuallığını qoruyub saxlayır.
Şəmkir rayon İcra hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxışında bildirib ki, Səməd Vurğun Azərbaycan xalqının böyük şairi idi. Şair gözəl lirikası, fəlsəfi şeirləri ilə Azərbaycan dilini və şeirimizin poetikasını inkişaf etdirib, poeziyamıza estetik zənginlik gətirib.Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev Səməd Vurğunun yaradıcılığını yüksək qiymətləndirirdi. Səməd Vurğun irsinə dövlət səviyyəsində hörmət, onun yaradıcılığına verilən yüksək qiymət bu gün də davam edir. Azərbaycan Prezidenti İlham Əliyev bu ilin fevral ayında böyük şairin 120 illik yubileyi ilə bağlı xüsusi Sərəncam imzalamışdır. Bu sərəncamdan irəli gələrək ölkəmizdə şairin yubiley tədbirləri silsilə şəkildə qeyd edilir.
Tədbirdə digər çıxış edən Azərbaycan Yazıçılar birliyinin üzvləri və şairlər bildiriblər ki, Səməd Vurğunun əsərləri Azərbaycan poeziyasının ən dəyərli nümunələri sırasında yer alır və gənc nəslin milli ruhda formalaşmasına mühüm töhfə verir. Onun yaradıcılığı təkcə ölkəmizdə deyil, beynəlxalq ədəbi mühitdə də böyük maraqla qarşılanır.
Tədbirin bədii hissəsində şairin şeirləri səsləndirilib, yaradıcılığına həsr olunmuş kompozisiyalar təqdim edilib. Məktəblilərin və gənclərin ifasında Səməd Vurğunun əsərlərindən parçalar nümayiş etdirilərək iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda vurğulanıb ki, Səməd Vurğunun zəngin ədəbi irsinin öyrənilməsi və təbliği istiqamətində tədbirlərin keçirilməsi gələcək nəsillərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsinə xidmət edir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

