“Airbus” və “Dassault” birgə döyüş təyyarəsinin yaradılması ilə bağlı layihəni dayandırır
09.06.2026 [23:48]
Avropanın gələcəyin döyüş təyyarəsini yaratmaq məqsədi daşıyan SCAF (Gələcəyin Hava Döyüş Sistemi) layihəsinin taleyi sual altına düşüb. Yaz aylarında “Airbus” və “Dassault” arasında razılıq əldə olunacağına ümidlər yaransa da, son məlumatlar layihənin faktiki olaraq dayandırıldığını göstərir.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Fransa və Almaniya liderlərinin yaxın günlərdə bu qərarı rəsmən açıqlayacaqları gözlənilir.
Layihənin dayandırılmasının səbəbi
Bir neçə həftə əvvələdək layihənin davam etdirilməsi ehtimalı gündəmdə idi. Aprelin sonunda Fransa Prezidenti Emmanuel Makron SCAF-ın “heç də ölmədiyini” bəyan edib və bu məsələ ilə bağlı Almaniya Kansleri Fridrix Merts ilə ortaq mövqeyə gəldiyini bildirib. Hətta bundan bir neçə gün əvvəl “Dassault Aviation” şirkətinin rəhbəri Erik Trappye tərəflərin iki və ya üç həftə ərzində razılığa gələ biləcəyini söyləyib. Lakin illərdir davam edən fikir ayrılıqları və sənaye tərəfdaşları arasında həll olunmayan ziddiyyətlər layihənin gələcəyini sual altında qoyub.
BFM və “La Tribune” nəşrlərinin yaydığı məlumata görə, Emmanuel Makron və Fridrix Merts 2017-ci ildə başladılan layihənin dayandırılması barədə razılığa gəliblər. İki ölkə rəhbəri ortaq döyüş təyyarəsinin hazırlanmasının davam etdirilməməsi qərarını qəbul ediblər. Almaniyanın “Handelsblatt” qəzeti isə Kansler Mertsin Fransa Prezidentinə layihənin artıq davam etməyəcəyini bildirdiyini yazıb.
Layihənin uğursuzluğa düçar olmasının əsas səbəblərindən biri “Airbus” və “Dassault” arasında uzun müddətdir davam edən anlaşmazlıqlardır.
Şirkətlər son aylarda layihənin idarəolunması, texnologiyaların paylaşılması və məsuliyyət bölgüsü məsələlərində ortaq mövqeyə gələ bilməyib. Mart ayında “Dassault Aviation”ın rəhbəri Erik Trappye açıq şəkildə bəyan edib ki, ”Airbus” artıq “Dassault” ilə işləmək istəmir.
Məlumata görə, “Airbus layihənin dalana dirənməsi fonunda öz döyüş təyyarəsi proqramını həyata keçirməyi nəzərdən keçirib. Bundan sonra Avropa aviasiya sənayesinin tanınmış simalarından biri, “Airbus”un sabiq rəhbəri Tom Enders Fransa-Almaniya tərəfdaşlığını strateji səhv adlandırıb.
SCAF nəyi nəzərdə tuturdu?
SCAF proqramı 2040-cı ildən etibarən Fransa istehsalı olan “Rafale” və Almaniya-İspaniya-Böyük Britaniya konsorsiumunun hazırladığı “Eurofighter” qırıcılarını əvəz etməli idi.
Layihə təkcə yeni nəsil döyüş təyyarəsinin yaradılmasını deyil, həm də bir-biri ilə əlaqələndirilmiş pilotsuz uçuş aparatları, süni intellekt elementləri və innovativ rəqəmsal rabitə şəbəkəsini özündə birləşdirən kompleks hava döyüş sisteminin qurulmasını nəzərdə tuturdu.
Bu sistemin əsas elementlərindən biri “döyüş buludu” adlandırılan rəqəmsal idarəetmə platforması idi. Layihədə Fransa, Almaniya, İspaniya və Belçikanın iştirak etməsi planlaşdırılırdı.
Bununla belə, “Dassault” özünün uğurlu “Rafale” proqramının texnologiyalarını tərəfdaşlarla bölüşmək istəmirdi. Şirkət, həmçinin intellektual mülkiyyət hüquqlarının paylaşılması məsələsində də sərt mövqe tuturdu.
“Döyüş buludu” layihəsi davam etdirilə bilər
Məlumatlara görə, yeni döyüş təyyarəsinin hazırlanması layihəsi dayandırılsa da, SCAF proqramının digər əsas komponenti olan “döyüş buludu”nun saxlanılması ehtimalı qalır.
Almaniya hökuməti bildirib ki, hər iki ölkənin müdafiə nazirlikləri müdafiə sənayesi sahəsində əməkdaşlıq üçün realist və aktual layihələrə əsaslanan yeni ortaq fəaliyyət planı hazırlamalıdır.
Ekspertlərin fikrincə, Almaniya gələcəkdə müdafiə imkanlarını daha çox müstəqil şəkildə inkişaf etdirməyə üstünlük verə bilər. Bu ökənin hərbi xərclərinin 2026-cı ildə 100, 2029-cu ildə isə 153 milyard avronu keçəcəyi proqnozlaşdırılır. Bu isə Fransanın müdafiə büdcəsini xeyli üstələyir.
Xəbər lenti
Hamısına baxElm
21 Avqust 15:55
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59

