Baş katib: Azərbaycan gimnastlarından Dünya Kubokunda uğurlu nəticələr gözləyirik
05.06.2026 [16:28]
Ümid edirik ki, həm akrobatlarımız, həm də aerobika gimnastikası üzrə təmsilçilərimiz üçün bu yarış uğurlu olacaq və onlar doğma azarkeşlər önündə çıxışlarını layiqincə nümayiş etdirəcəklər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Bakıda bu gün start götürən aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku yarışları barədə danışarkən deyib.
O bildirib ki, Dünya Kuboku ilə paralel olaraq hər iki növ üzrə beynəlxalq turnir də təşkil olunur: “Bu gün yarışlara start vermişik. Dünya Kuboku ilə yanaşı, həm akrobatika, həm də aerobika gimnastikası üzrə beynəlxalq turnir keçirilir. Dünya Kubokunda böyük yaş kateqoriyasından olan idmançılar mübarizə aparırlar. Beynəlxalq turnirdə isə yeniyetmə və gənc gimnastlar çıxış edirlər. Yarış proqramına əsasən, səhər saatlarında beynəlxalq turnirin, günortadan sonra isə Dünya Kubokunun yarışları keçirilir. Akrobatika gimnastikası üzrə Dünya Kubokunda 150-dən çox, aerobika gimnastikası üzrə yarışda isə 100-ə yaxın idmançı iştirak edir. Beynəlxalq turnirdə isə hər iki növ üzrə ayrı-ayrılıqda 60-a yaxın gimnast mübarizə aparır”.
N.Məmmədzadənin sözlərinə görə, gənclər üçün təşkil olunan yarışların əsas məqsədi onların böyük turnirlərin atmosferini hiss etmələri və beynəlxalq təcrübə qazanmalarıdır: “Bu yarışlar yeniyetmə və gənc idmançılarımızın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Onlar böyük yarışların abu-havasını yaşayır, təcrübələrini artırırlar”.
O, belə yarışların bir neçə gimnastika növünü bir araya gətirməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Bu cür yarışların birlikdə keçirilməsi fərqli atmosfer yaradır. Bu, idmançılar, məşqçilər və hakimlər üçün yeni təcrübə deməkdir. Akrobatika gimnastikası üzrə Dünya Kuboku ölkəmizdə ilk dəfə 2018-ci ildə keçirilib. Daha sonra ötən il də bu yarışa ev sahibliyi etmişik. Bu dəfə akrobatika üzrə Dünya Kuboku üçüncü dəfə Bakıda təşkil olunur. Aerobika gimnastikası üzrə Dünya Kubokuna isə ilk dəfə ev sahibliyi edirik”.
Federasiya rəsmisi Azərbaycan gimnastlarından uğurlu nəticələr gözlədiklərini də qeyd edib: “İstər akrobatika, istərsə də aerobika gimnastikası üzrə təmsilçilərimiz kifayət qədər təcrübəli idmançılardır. Akrobatika gimnastikası üzrə dünya çempionatlarının mükafatçıları və dünya çempionlarımız var. Aerobika gimnastikası üzrə də mötəbər beynəlxalq yarışlarda uğur qazanmış idmançılarımız çıxış edirlər. Bu səbəbdən inanırıq ki, yaxşı nəticələr qeydə alınacaq”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43

