Fransa Senatı ordu üçün nəzərdə tutulan əlavə 36 milyard avroluq büdcəni ləğv edib
05.06.2026 [23:10]
Fransa hökumətinin müdafiə xərclərini artırmaq planı Senatda gözlənilməz maneə ilə üzləşib. Parlamentdə müzakirə olunan yeni Hərbi Proqramlaşdırma Qanununda 2030-cu ilə qədər nəzərdə tutulan əlavə 36 milyard avroluq maliyyələşdirmə maddəsi sənəddən çıxarılıb.
AZƏRTAC xəbər verir ki, Senat Hərbi Proqramlaşdırma Qanununun (LPM) müzakirələrini başa çatdırarkən, sənədin əsas maddələrindən birini ləğv edib.
Söhbət Fransa Silahlı Qüvvələrinin 2030-cu ilə qədər maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş büdcə trayektoriyasından gedir. Senat həmin maddəni çıxarmaqla hökumətin müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq planına ciddi zərbə vurub.
Ləğv edilən maddəyə əsasən, Fransa ordusu üçün 2030-cu ilə qədər ümumilikdə 436 milyard avro ayrılması nəzərdə tutulurdu. Bu məbləğ 2023-cü ildə qəbul edilmiş əvvəlki hərbi proqramlaşdırma qanunu ilə müqayisədə 36 milyard avro çox idi. Hökumət beynəlxalq təhlükəsizlik mühitinin gərginləşdiyini əsas gətirərək, əlavə vəsait hesabına ordunun döyüş qabiliyyətinin artırılmasını, yeni silah sistemlərinin alınmasını və müdafiə sənayesinin gücləndirilməsini planlaşdırırdı. Lakin Senatdakı sağçı çoxluq bu məbləğin də kifayət etmədiyini bildirib.
Sağ mərkəzçi Respublikaçılar (Les Républicains) partiyasının senatorları müdafiə üçün əlavə 14 milyard avro ayrılmasını tələb edirdilər. Tələbləri qəbul olunmadıqdan sonra onlar büdcə trayektoriyasını müəyyən edən əsas maddəyə qarşı çıxaraq, onun sənəddən çıxarılmasına səbəb olublar.
Senatın Müdafiə Komissiyasının rəhbəri Sedrik Perrin qərarın hökumətlə dərin fikir ayrılığını rəsmiləşdirmək məqsədi daşıdığını bildirib: “436 milyard avronun Fransanın təhlükəsizliyini təmin etmək üçün yetərli olmadığını hesab etdik”.
Perrin, eyni zamanda, parlamentdə danışıqları davam etdirmək və kompromis tapmaq niyyətində olduqlarını vurğulayıb.
Qərardan sonra hökumət vəziyyəti sabitləşdirməyə çalışır. Sebastyan Lökornü yaranmış vəziyyəti ciddi problem adlandırıb.
“Söhbət son dərəcə vacib olan hərbi məsələdən gedir. Davamlı və etibarlı maliyyə trayektoriyası olmalıdır. Hazırda əsas problem ondadır ki, qanun layihəsində artıq belə bir trayektoriya qalmayıb”, - deyə o qeyd edib.
S.Lökornü parlament üzvlərini kompromis həll tapmağa çağırsa da, müzakirələrin davam etməsinə imkan vermək niyyətində olduğunu bildirib. Bununla belə, 36 milyard avroluq əlavə maliyyələşdirmənin taleyi hələ tam həll olunmayıb.
Məsələ növbəti mərhələdə parlament proseduru çərçivəsində yenidən gündəmə gətirilə bilər. Xüsusilə də deputatlar və senatorlar arasında ortaq mətn hazırlamaq üçün yaradılacaq Birgə Komissiya çərçivəsində kompromis əldə olunması mümkündür. Bu komissiyanın Senatın iyunun 9-da keçirəcəyi yekun səsvermədən sonra toplanması gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37

