Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Media: Fransanın nüvə silahının yerləşdirilməsi təşəbbüsü Aİ-də fikir ayrılığına səbəb olub

Media: Fransanın nüvə silahının yerləşdirilməsi təşəbbüsü Aİ-də fikir ayrılığına səbəb olub

03.06.2026 [17:19]

Fransanın ölkə hüdudlarından kənarda nüvə silahı yerləşdirməklə bağlı təşəbbüsü Avropa İttifaqı (Aİ) ölkələri arasında fərqli reaksiyalara səbəb olub.

AZƏRTAC xəbər verir ki, “Euractiv” portalının məlumatına görə, Fransanın təklifi bir sıra Avropa ölkələrinin marağına səbəb olsa da, onun ABŞ-nin nüvə təminatına hansı əlavə üstünlüklər verəcəyi hələ də aydın deyil.

Prezident Emmanuel Makronun nüvə silahı daşımaq qabiliyyətinə malik “Rafale” təyyarələrinin tərəfdaş ölkələrin bazalarında yerləşdirmək ideyasına Almaniya, Niderland, Belçika, Yunanıstan, Polşa, İsveç və Danimarka maraq göstərib. Norveçin də layihə ilə maraqlandığı bildirilir. Lakin ABŞ-nin “nüvə çətirinə” üstünlük verən bəzi ölkələr, o cümlədən İtaliya və Baltikyanı dövlətlər təşəbbüsü dəstəkləməyib.

Qeyd edək ki, Fransanın nüvə potensialı ABŞ və Rusiya ilə müqayisədə xeyli məhduddur. Bu səbəbdən Paris nüvə silahı imkanlarının effektivliyini artırmaq üçün qabaqcıl aviabazalara və uyğun uçuş marşrutlarına ehtiyac duyur.

Paylaş:
Baxılıb: 452 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Analitik

Məkkə üçbucağı

12 Avqust 10:25  

Analitik

Sosial

Mavi sərvətin taleyi

12 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31