Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rusiya aviayanacaq ixracına müvəqqəti qadağa qoyub

Rusiya aviayanacaq ixracına müvəqqəti qadağa qoyub

01.06.2026 [21:56]

Rusiya hökuməti daxili yanacaq bazarının sabitliyini təmin etmək üçün aviayanacaq ixracına müvəqqəti qadağa qoyub.

AZƏRTAC Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadla xəbər verir ki, birjada alınan aviayanacaq da daxil olmaqla, təyyarələr üçün kerosin ixracına qoyulan məhdudiyyət 2026-cı il noyabrın 30-na qədər qüvvədə qalacaq.

Hökumət qərarın daxili bazara etibarlı və fasiləsiz yanacaq tədarükünün təmin edilməsinə yönəldiyini vurğulayıb.

Bununla yanaşı, müvafiq fərmanın qüvvəyə minməsindən əvvəl gömrük rəsmiləşdirilməsi prosesində olan aviayanacaq partiyalarına, hökumətlərarası müqavilələr çərçivəsində çatdırılmalara və uçuş zamanı istifadə üçün təyyarə yanacaq çənlərində saxlanılan yanacağa istisnalar edilir.

Paylaş:
Baxılıb: 478 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31