Ölkəmiz sülh missiyasını uğurla davam etdirir
06.05.2026 [15:11]
Məlum olduğu kimi, bu gün Cənubi Qafqaz onilliklər boyu davam edən qanlı münaqişə ocağından sabitlik və iqtisadi tərəfdaşlıq mərkəzinə çevrilib. Bu tarixi dəyişimin memarı olan Azərbaycan həm döyüş meydanında, həm də diplomatiya masasında nümayiş etdirdiyi qətiyyətlə regionda de-fakto sülh mühitini formalaşdırıb. Mayın 4-də Ermənistanda keçirilmiş "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısına videobağlantı formatında qoşulan Prezident İlham Əliyevin mesajları Bakının sülh gündəliyinə sadiqliyini və yeni əməkdaşlıq modelini dünyaya bir daha bəyan etdi: "Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub".
Qeyd etmək lazımdır ki, ölkəmizin sülhə gedən yolu heç də asan olmayıb. Otuz ilə yaxın müddətdə Bakı münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, danışıqlar yolu ilə həlli üçün sonsuz səbir və səy nümayiş etdirdi. Lakin qarşı tərəfin qeyri-konstruktiv yanaşması regionu uzun müddət müharibə zonası kimi saxladı. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və Azərbaycan Ordusunun hərbi gücü sayəsində BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalan qətnamələri icra edildi, separatçılığa son qoyuldu və ölkəmizin suverenliyi tam təmin olundu. Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbə bütün regionun rahat nəfəs almasına şərait yaradan "sülh qalası"nın təməli oldu. Azərbaycan və Ermənistan arasında münasibətlər artıq kağız üzərindəki bəyanatlardan real əməli addımlara keçib. 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan Birgə Bəyannamə və sülh sazişi mətninin paraflanması bu prosesin hüquqi əsası olub.
Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışı zamanı sülhün insanların gündəlik həyatındakı real faydalarını konkret faktlarla diqqətə çatdırdı: "Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib". Bu, düşmənçilik səhifəsinin bağlandığının və ticarət münasibətlərinin bərpasının ən bariz göstəricisidir. Bu mühüm məqamı diqqətə çatdıran Azərbaycan Prezidenti dedi: "Sülh sahəsində digər nailiyyət bağlantılardır. "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər". Bu layihələr Cənubi Qafqazı qlobal logistik mərkəzə çevirməklə yanaşı, iqtisadi inteqrasiyanı sülhün qarantına çevirir. Azərbaycanın həmin sülhsevər və qurucu fəaliyyəti fonunda bəzi beynəlxalq təsisatların qərəzli yanaşması ciddi narahatlıq doğurur. Xüsusilə Avropa Parlamenti (AP) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayiş etdirdiyi mövqe sülh prosesinə dəstək deyil, ona maneə kimi qiymətləndirilir. Avropa Parlamentinin cari il aprelin 30-da ölkəmizlə bağlı qəbul etdiyi növbəti qərəzli qətnamə bu qurumun reallıqdan nə qədər uzaq düşdüyünün növbəti sübutudur. Həmin tarixdə qəbul edilmiş qətnamədə növbəti dəfə ölkəmizə qarşı əsassız və qərəzli müddəalar, həqiqətdən uzaq iddialar yer alıb.
Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısındakı çıxışında yuxarıda adıçəkilən qurumların ikili standartlarını sərt tənqid edərək vurğuladı: "İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı il aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir". Dövlətimizin başçısı diqqətə çatdırdı ki, bu qərəzli qətnamələrin ən sonuncusu bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edilib: "Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib". Bu nümunələrin özü də göstərir ki, Cənubi Qafqazın daim münaqişə ocağı olaraq qalmasında maraqlı olan AP kimi ikilistandartlı qurumlar hələ də Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirləri zamanı əldə etdiyi qələbələri həzm edə bilmirlər. Onların qərəzli qətnamələri və manipulyasiyaları bölgədə sülhün bərqərar olunmasına maneçilik törədən xarici qüvvələrin əlində alətə çevrilir. Buna cavab olaraq Azərbaycanın Avropa Parlamenti ilə bütün əlaqələri dayandırması rəsmi Bakının milli maraqlarını və suverenliyini hər şeydən üstün tutduğunun göstəricisidir. Eyni zamanda postmünaqişə dövründə bölgədə normallaşmaya nail olmaq üçün ölkəmizin atdığı real addımlar Azərbaycanın sülh gündəliyinə sadiqliyini bariz şəkildə ortaya qoyur. Azərbaycanın irəli sürdüyü sülh gündəliyi bu gün dünyada mövcud olan digər münaqişələr üçün unikal model rolunu oynaya bilər. Bu model göstərir ki, sülhə yalnız siyasi iradə, qarşılıqlı iqtisadi maraqlar və humanitar dəyərlərin harmoniyası ilə çatmaq olar.
Prezident İlham Əliyevin 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin Zirvə görüşünün Azərbaycanda keçirilməsi təklifi və onun Ermənistan tərəfindən də dəstəklənməsi Cənubi Qafqazın gələcəyinin sülhdə olduğunun ən aydın mesajıdır. Göründüyü kimi, maneə olmaq istəyən bütün qüvvələrə baxmayaraq, Azərbaycan öz sülh missiyasını uğurla davam etdirir. Ən əsası, bölgədə normallaşma prosesinə mane olmaq istəyən qüvvələrin planları bundan sonra da fiaskoya uğrayacaq!
Ələkbər Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22

