Geosiyasət, enerji və sülh: Azərbaycanın sülh və əməkdaşlıq mesajları
06.05.2026 [14:10]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
2026-cı il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi Zirvə toplantısı”nın 8-ci iclasında videobağlantı formatında çıxış edərək Azərbaycanın Avropa siyasi məkanındakı roluna dair mühüm mesajlar verdi. Bu çıxış təkcə cari məsələlərə münasibət bildirməklə kifayətlənmədi, həm də rəsmi Bakının uzunmüddətli strateji baxışını ortaya qoydu.
Müstəqil Azərbaycanın Prezidenti İlham Əliyev çıxışı ilk növbədə Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun davamı kimi qiymətləndirilə bilər. İlham Əliyev bir tərəfdən Avropa ilə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb, digər tərəfdən isə ölkənin müstəqil siyasi xəttini qoruduğunu açıq şəkildə nümayiş etdirdi. Bu yanaşma Azərbaycanın dəyişkən beynəlxalq münasibətlər sistemində çevik mövqe tutmasına imkan verir. Xüsusilə son illərdə qlobal geosiyasi gərginliklərin artdığı bir dövrdə Bakı həm regional, həm də beynəlxalq aktorlarla münasibətlərini paralel şəkildə inkişaf etdirməyə çalışır.
“Avropa Siyasi Birliyi Zirvə toplantısı”nın 8-ci iclasında ölkə rəhbərimizin cıxışın əsas sütunlarından biri enerji məsələləri idi. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu artıq təkcə iqtisadi faktor deyil, həm də mühüm siyasi təsir vasitəsinə çevrilib. Bu baxımdan Cənub Qaz Dəhlizi layihəsi yalnız enerji infrastrukturu deyil, həm də geosiyasi layihə kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan etibarlı tərəfdaş imicini qorumaqla Avropa üçün alternativ enerji mənbələrinin təminində mühüm rol oynayır. Bu isə ölkənin Avropa siyasi platformalarında çəkisini artıran əsas amillərdən biridir.
"Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısının diqqət çəkən məqamlarından biri də Cənubi Qafqazda sülh prosesinə verilən önəm idi. Toplantıya videobağlantı formatında qoşulan Prezident İlham Əliyevin mesajları Bakının sülh gündəliyinə sadiqliyini və yeni əməkdaşlıq modelini dünyaya bir daha bəyan etdi:Azərbaycan post-münaqişə dövründə yeni reallıqlar fonunda özünü sülh və əməkdaşlıq platformasının əsas aktoru kimi bir daha təqdim etdi. Xüsusilə Avropa Parlamenti (AP) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayiş etdirdiyi qərəzli yanaşmasına münasibət bildirən President İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı il aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir.
Aprelin 30-da Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi növbəti qərəzli qətnamə növbəti dəfə ölkəmizə qarşı həqiqətdən uzaq, yalnış münasibəti ortaya qoyur, eyni zamanda, bölgədə sülhün bərqərar olunmasına maneçilik törədən xarici qüvvələrin əlində alətə çevrilir. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, bu qərəzli qətnamələrin ən sonuncusu bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edilib: "Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib".
"Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib". Ölkə Prezidentimiz İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında nəqliyyat və logistika məsələlərini qabartması təsadüfi deyil. Azərbaycanın yerləşdiyi coğrafi mövqe onu Şərq ilə Qərb arasında mühüm tranzit mərkəzinə çevirir. Bu isə ölkəyə yalnız iqtisadi deyil, həm də strateji üstünlüklər qazandırır. Nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın regional təsir imkanlarını genişləndirir və onu beynəlxalq ticarət marşrutlarının ayrılmaz hissəsinə çevirir. Bu kontekstdə Bakı özünü yalnız enerji ixracatçısı deyil, həm də logistika qovşağı kimi möhkəmləndirməyə çalışır.
“Avropa Siyasi Birliyi Zirvə toplantısı”nın 8-ci iclasında videobağlantı formatında çıxış edərək Azərbaycan xalqının Lideri İlham Əliyev göstərdi ki, rəsmi Bakı bu platformanı öz mövqeyini Avropa ölkələrinə çatdırmaq, həmçinin strateji tərəfdaşlıqları genişləndirmək üçün effektiv vasitə kimi qiymətləndirir. Qalib Azərbaycanın atdığı real addımlar ölkəmizin sülh gündəliyinə sadiqliyinin əyani sübutudur.
Xəbər lenti
Hamısına baxMEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

