Milli mədəniyyətə qayğı siyasətində ardıcıllıq...
02.05.2026 [12:39]
Xalq rəssamı Lətif Kərimovun 120 illiyi qeyd olunacaq
Azərbaycanda mədəniyyətimizi zənginləşdirən yaradıcı insanlara həm cəmiyyətdə böyük hörmət bəslənilir, həm də onlara dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərilir, dünyasını dəyişənlərin xatirələri əbədiləşdirilir. Mədəniyyət tariximizdə özünəməxsus iz qoyan belə yaradıcı insanlardan biri də Xalq rəssamı Lətif Kərimovdur. Bu günlərdə Prezident İlham Əliyev Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
2026-cı ilin noyabr ayında Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun 120 illiyi tamam olur. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi və Milli Elmlər Akademiyası Xalq rəssamı Lətif Kərimovun 120 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Azərbaycan xalça sənətinin mahir bilicisi
Dövlət başçısının imzaladığı bəhs olunan sərəncam bir daha təsdiqləyir ki, ölkəmizdə mədəniyyətə qayğı siyasəti davamlı səciyyə daşıyır.
Respublikamızda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli mədəniyyətimizə qayğı siyasəti sonrakı mərhələdə eyni ardıcıllıqla davam etdirilir. Dövlət başçısı İlham Əliyev vaxtaşırı mədəniyyət xadimləri ilə görüşlər keçirir və milli mədəniyyətimizin narahatlıq doğuran məsələləri, perspektiv inkişafı üçün onlardan təkliflər alır. Qarşıya qoyulan əsas məqsədlərdən biri ondan ibarətdir ki, milli mədəniyyətimiz tarixilik ənənələrinə sadiq qalsın, eyni zamanda, müasir çağırışlara cavab versin və gənclərimizin mənəvi tələbatını ödəsin, onlarda yüksək vətənpərvərlik hissləri aşılasın.
Bu gün müxtəlif janrlarda yüksək peşəkarlıqla yaradılan mədəniyyət nümunələrimizin dünyanı fəth etməsi son dərəcə qürurverici haldır. Xalqımızın mədəni irsinin qorunmasının, dünya şöhrətli yeni mədəni irs nümunələrinin yaranmasının arxasında isə davamlı dövlət qayğısı dayanır. Son vaxtlarda respublikamızın əsas teatrları, muzeylərimiz yüksək səviyyədə təmir edilib. İncəsənət Muzeyinin iki binası və Xalça Muzeyi tikilib. Müasir İncəsənət Muzeyi fəaliyyətə başlayıb. Hazırda ölkəmizin bütün bölgələrində Tarix-Diyarşünaslıq muzeyləri yaradılıb. Bakıda milli mədəniyyətimizin ayrı-ayrı görkəmli simalarının abidələri ucaldılıb.
Azərbaycan mədəniyyətinin inkişafına və təbliğinə həmçinin Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sanballı töhfələr verir. Ulu Öndərimizin adını daşıyan Fondun dəstəyi ilə indiyədək ölkə üzrə çoxsaylı mədəniyyət obyektləri, tarixi abidələr, muzeylər yüksək səviyyədə təmir olunaraq istifadəyə verilib. Fond milli mədəniyyətimizin xarici ölkələrdə təbliğində fəal iştirak edir.
Dövrün məşhur xalça ustalarından biri
Xalçaçılıq Azərbaycan mədəniyyətinin ən qədim və geniş yayılmış növlərindən biridir. Deyə bilərik ki, xalçaçılıq ta qədim zamanlardan xalqımızın məişətinin, həyat tərzinin bir hissəsi olub.
Nəfis toxunmuş xalçalar Azərbaycanın şöhrət simvollarından biridir. Son dərəcə gözəl xalça nümunələrimiz Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı kimi dünyanın böyük muzeylərini bəzəyir.
Bu gün respublikamızda xalçaçılıq özünün yeni inkişaf dövrünü yaşayır. Bakıda Prezident İlham Əliyevin sərəncamı ilə orijinal memarlıq üslubunda Xalça Muzeyi binasının tikilməsi bu nadir və gözəl sənət növünə dövlətimizin qayğısının əyani göstəricisidir. Eyni zamanda, Azərbaycan mədəniyyətinin böyük hamisi kimi tanınan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Azərbaycan xalçaçılıq sənətinin inkişafında və dünyada tanıdılmasında mühüm rol oynayır. Məhz bunun nəticəsidir ki, 2010-cu ilin 15-19 noyabr tarixində Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında Azərbaycan xalçaçılıq sənəti bu mötəbər qurumun Ümumdünya Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilib.
Təbii ki, xalçaçılıq sənətinin yüksək inkişaf səviyyəsinə çatmasında ayrı-ayrı sənət adamlarının, mütəxəssislərin böyük rolu olub. Lətif Kərimov da onların sırasında yer alır. Sərəncamda vurğulandığı kimi, dünya mədəni irs xəzinəsində şərəfli mövqeyə malik Azərbaycan xalça mədəniyyətinin hazırkı inkişaf səviyyəsinə yüksəlməsində Lətif Kərimovun təqdirəlayiq xidmətləri vardır. Onun eskizləri əsasında toxunmuş xeyli sayda süjetli, portret xalçalar və monumental xalılar milli xalçaçılığın parlaq ənənələrini özündə yaşadan misilsiz sənət nümunələridir. Fitri istedadla yaradılan və naxışlarının ifadəliliyi, bitkin üslubu ilə seçilən dərin koloritli əsərləri sənətkara dövrün məşhur xalça ustalarından biri olaraq xüsusi şöhrət qazandırıb. “Lətif Kərimov Azərbaycan xalçalarının ornamental, kompozisiya xüsusiyyətlərini müəyyənləşdirmiş və mükəmməl sistemli təsnifatını işləyib hazırlamışdır. Xalça sənətinin beynəlxalq miqyasda mahir bilicisi kimi tanınmış alimin bu istiqamətdə apardığı fundamental tədqiqatlar indi də ən çox istinad olunan mötəbər mənbələrdəndir”, - deyə sərəncamda vurğulanıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16

