Azərbaycan–Çexiya münasibətlərinin yeni mərhələyə keçidi
29.04.2026 [15:50]
İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini
Aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri Azərbaycan–Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Qəbələdə baş tutan görüşlər, mətbuata bəyanatlar və biznes-forum çərçivəsində səsləndirilən fikirlər iki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və strateji tərəfdaşlığın genişlənməsinə yönəlmiş konkret gündəliyi ortaya qoydu. Andrey Babişin Avropa İttifaqından kənara ilk rəsmi səfərini Azərbaycana etməsi Bakının Avropa üçün etibarlı tərəfdaş kimi artan rolunun göstəricisidir. Bu, ölkəmizin beynəlxalq arenada artan nüfuzunun, Prezident İlham Əliyevə göstərilən böyük etimadın nümayişidir. Bu reallıq hər zaman böyük qürur hissi ilə qeyd olunur ki, əgər əvvəlki illərdə Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üçün bu və ya digər ölkələrə səfərlər edilirdisə, bu gün Azərbaycanın müxtəlif mövzuda beynəlxalq tədbirlərə ev sahibliyi həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına geniş imkanlar yaradır. Prezident İlham Əliyevin Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babiş ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdə, liderlərin mətbuata birgə bəyanatlarında ənənəvi sahələrlə yanaşı, yeni istiqamətlərdə də əlaqələrin qurulması geniş müzakirə edildi. Prezident İlham Əliyev vurğuladı ki, "İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var. Mən şadam ki, cənab Baş nazirlə birlikdə Azərbaycana Çexiyadan böyük qrup iş adamları gəlmişdir və bu gün keçiriləcək biznes-forumda həm yeni təmaslar qurulacaq, həm də mövcud layihələrlə bağlı fikir mübadiləsi aparılacaq. Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir." Azərbaycanın iqtisadi və siyasi müstəqilliyi, ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti ölkəmizin beynəlxalq nüfuzunu şərtləndirən əsas amillərdəndir. Azərbaycan geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul edilir. Azərbaycanın Avropa ilə yeni mərhələyə daxil olan münasibətləri uğurla davam edir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi vurğulayaraq ölkənin artıq bir sıra Avropa dövlətlərinə qaz ixrac etdiyini qeyd edib. Bu, Azərbaycanın enerji diplomatiyasının uğurunu və Avropa bazarında mövqelərinin möhkəmləndiyini göstərir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17

