Po şəhərində keçirilən Novruz şənliyində Azərbaycanın milli adət-ənənələri təqdim olunub
08.03.2026 [13:32]
Fransanın Po şəhərinin “Les Halles de Pau” mərkəzində BA mədəniyyət mərkəzi və Azərbaycan icmasının təşkilatçılığı ilə xalqımızın milli adət-ənənələrini və mənəvi dəyərimizi özündə ehtiva edən “Mədəniyyət Günü – Novruz” adlı bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, böyük stenddə Azərbaycan çayı, milli şirniyyatlar, mürəbbələr, meyvə şirələri, eləcə də Novruz bayramının rəmzi olan səməni nümayiş olunub. Azərbaycan tarixi və mədəniyyətindən bəhs edən kitablar ziyarətçilərə ölkəmizi yaxından tanımağa imkan yaradıb.
BA mədəniyyət mərkəzinin təsisçisi Billurə Bayramova-Bernard tərəfindən təşkil edilmiş tədbirin əsas məqsədi milli mədəniyyətimizi və adət-ənənələrimizi yerli sakinlərə tanıtmaq və bu şəhərdə yaşayan soydaşlarımızı bir araya gətirmək olub. O bildirib ki, Novruz fəlsəfəsinin əsasında birlik və dialoq yaratmaq, insanlar arasında körpü qurmaq olduğu üçün bayram tədbirində Po və ətraf şəhərlərdə yaşayan Azərbaycan icmasının, eləcə də yerli ictimaiyyətin üzvləri iştirak ediblər.
Tədbirin ziyarətçilərinə Novruz bayramı ilə bağlı adət-ənənələrimiz haqqında məlumat verilib. Tədbirə qatılan soydaşlarımız yerli ictimaiyyətin üzvlərinə Novruz bayramının özəlliklərindən danışaraq, onun bütün azərbaycanlıları birləşdirdiyini xüsusi vurğulayıblar. Tədbir çərçivəsində musiqilərimiz, rəqslərimiz, poeziyamız, milli dəyərlərimiz yerli insanlara nümayiş etdirilib. Tədbirdə iştirak edən şəhər merinin məşğulluq, sosial inteqrasiya və yaşıl nəqliyyat məsələlərinə məsul şəxs Kenni Bertanazi öz çıxışında bu kimi tədbirlərin şəhər üçün vacibliyini vurğulayıb.
Gün ərzində Azərbaycan haqqında məlumatlar və adətlərimiz yüzlərlə insana təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26

