Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Gün ərzində İrandan Azərbaycan sərhədi vasitəsilə 76 nəfər təxliyə olunub

Gün ərzində İrandan Azərbaycan sərhədi vasitəsilə 76 nəfər təxliyə olunub

07.03.2026 [22:37]

Bu gün səhər saatlarından axşam saat 21:00-dək İrandan Azərbaycan sərhədi vasitəsilə ümumilikdə 76 nəfər təxliyə olunub.

APA xəbər verir ki, təxliyə olunanlar arasında 1 nəfər Avstriyanın İrandakı səfiri, eləcə də 8 diplomat yer alıb.

Diplomatlardan 1-i ABŞ, 2-si Yaponiya, 1-i Pakistan, 4-ü isə Avstriya səfirliklərinin əməkdaşlarıdır.

Bundan başqa, 3 nəfər Azərbaycan, 11 nəfər Yaponiya, 5 nəfər Özbəkistan, 2 nəfər Nigeriya və 42 nəfər Çin vətəndaşı da İran ərazisindən Azərbaycan sərhədi vasitəsilə təxliyə edilib.

Paylaş:
Baxılıb: 270 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31