“Bizim nümunəmiz öyrənilməli və yol xəritəsi kimi istifadə edilməlidir”
06.02.2026 [14:48]
Bu ilin yanvar ayında İsveçrənin Davos şəhərində keçirilən ənənəvi Dünya İqtisadi Forumunda iştirakı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi haqqında xəbər təkcə xalqımız tərəfindən deyil, ölkəmizin dostu olan bir çox ölkələr tərəfindən də məmnunluqla qarşılandı. Bunu bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində “Zayed Mükafatı”nın təqdimat mərasimi zamanı müxtəlif dövlət başçılarının səsləndirdiyi təbriklərdə də aydın görmək mümkün idi.
Bəri başdan qeyd edək ki, mükafatın verilməsi haqqında qərar və təqdimat mərasimi Azərbaycan liderinin son 5 ildə Ermənistanla sülh prosesindəki məqsədyönlü strateji fəaliyyətinin beynəlxalq səviyyədə təsdiqi faktı hesab olunur. Bu mükafat sadəcə humanitar təşəbbüslərə görə olan bir təltif deyil, dünyanın sözün əsl mənasında münaqişələr burulğanına düşdüyü bir vaxtda, daha çox Azərbaycanın Cənubi Qafqaz regionunda formalaşdırdığı yeni sülh arxitekturasının açıq siyasi etirafıdır.
Bu faktdır ki, Azərbaycan özünün zorla sürükləndiyi torpaqlarımızın uzunmüddətli işğalı ilə nəticələnmiş 30 illik münaqişədən sonra 2020-ci ilin sentyabr-noyabr aylarında baş verən ikinci Qarabağ müharibəsində qazanılan böyük Zəfərdən və 2023-cü ilin sentyabrında hələ də terrorçuların nəzarətində qalan ərazilərdə bir günlük uğurla nəticələnən lokal antiterror əməliyyatı postsovet məkanının ən ağrılı münaqişələrindən birinə son qoydu. Bundan sonra Azərbaycanın tarixdə nadir hal kimi rast gəlinən qalib ölkənin sülh təklifi ilə çıxış etməsi nümunəsi də, bütün münaqişə dövründə olduğu kimi, yenidən öz maraqlarını güdən ayrı-ayrı vasitəçilər tərəfindən iflasa uğradılmaq istənsə də, Prezident İlham Əliyevin qətiyyəti və siyasi manevrləri bütün məkrli planları pozdu. Maraqlı cəhət bu idi ki, məğlub Ermənistanın havadarları yenə də bölgədə “nə sülh, nə müharibə” siyasəti yürütməklə, Cənubi Qafqazın son onilliklər boyu olduğu kimi, yenə də dünyanın ən narahat regionlarından biri kimi qalmasını hədəflədiklərini heç gizlətmirdilər də. Elə cəmi bir il bundan əvvələ qədər davam etdirilən “binokl diplomatiyası” deyilənlərin ən bariz sübutu hesab olunmağa kifayətdir.
Postmüharibə dövrünün bu kimi bütün ciddi özünəməxsus çətinliklərinə baxmayaraq, məhz dövlətimizin liderinin qətiyyətli iradəsi ilə son nəticədə Azərbaycan Ermənistanla sülh sazişi üzrə danışıqların ikitərəfli formatda keçirilməsinə nail oldu və məhz bu formatın uğura doğru aparan yol olduğunu təsdiqlədi. Bu baxımdan “Zayed Mükafatı” ilə beynəlxalq birlik (nəzərə alsaq ki, mükafatın münsiflər heyətinin tərkibi siyasi baxımdan rəngarəngdir) təsdiqlədi ki, ölkəmizin təklif etdiyi sülh gündəliyi (ərazi bütövlüyünün tanınması, suverenlik və mehriban qonşuluq) regionda sabitliyin yeganə real yoludur.
Əlbəttə, məhz yürüdülən uğurlu sülh siyasətinin nəticəsi kimi artıq tarixə çevrilən 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə sülh sazişinin paraflanması bu mükafatın verilməsində həlledici rol oynamışdır. Məhz Vaşinqton görüşündən sonra sülh prosesi özünün yekun mərhələsinə qədəm qoymuş və regionumuz daha rahat nəfəs almağa başlamışdır. Mükafatın təqdimatı mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin öz çıxışında vurğuladığı kimi: “Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq. Dəfələrlə qeyd etdiyim kimi, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur”. Prezidentimizin çıxışında ABŞ lideri Donald Trampa xüsusi təşəkkür etməsi ölkəmizin qlobal güclərlə sülh naminə koordinasiyalı işlədiyini təsdiqləyir. Bu isə, öz növbəsində, Azərbaycanın sülh diplomatiyasının, elə ölkəmizin xarici siyasətinin özü kimi, çoxvektorlu olduğunu göstərir.
Sülh prosesində Vaşinqton Sammiti əsas mərhələ hesab olunsa da, bu danılmaz faktdır ki, məhz ölkəmizin yürütdüyü siyasət beynəlxalq aktorların və məkanların hansı səviyyədə və ya nə vaxt prosesə daxil olmasının mümkünlüyünü müəyyən etmişdir. Çünki Azərbaycan son 5 ildə aparılan danışıqlarda iştirak etmək istəyən bütün vasitəçiləri, belə demək mümkünsə, sınaqdan keçirmiş və hər bir maraqlı tərəfi öz yerinə qoymuşdur. Belə ki, vasitəçilərin, xüsusən Avropadan olanların (Rusiya da daxil) böyük bir qismi əslində sülhə töhfə verməkdə maraqlı olmadıqlarını nümayiş etdirmişlər.
“Zayed Mükafatı” isə Azərbaycanın müharibədən sonra revanşizmə, yeni müharibə risklərinə görə deyil, məhz sülh quruculuğuna, dinc şəraitdə və mehriban qonşuluq prinsipinə əsasən yanaşı yaşamaq siyasətinə görə verilib. Amma bunu da nəzərə almamaq mümkün deyildir ki, ölkəmiz regional sülhün yaranmasındaki fəal roluna qədər, hətta münaqişənin böyük bir mərhələsi ərzində paytaxt Bakını multikulturalizm və dinlərarası dialoq mərkəzi kimi qlobal sülhə mənəvi töhfə verən məkana çevirib və bütün dünyada Azərbaycanın müvafiq müsbət imicini formalaşdırıb. Başqa sözlə, Ermənistandan fərqli olaraq Azərbaycanın sülh siyasəti postmüharibə dövrünün reallıqlarına görə deyil, bu Azərbaycan dövlətinin və onun xalqının milli-siyasi və tarixi mahiyyəti ilə bağlıdır. Elə buna görə də, Azərbaycan istəsəydi, qalib gəldiyi müharibəni düşməni son darmadağınadək davam etdirə bilərdi, amma Prezident İlham Əliyev sülhü seçdi və bütün dünya üçün sülhün “Azərbaycan modeli”ni yaratdı. Dövlət başçımızın Əbu-Dabidəki təqdimat mərasimində çıxışında dediyi kimi: “Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür”.
Mahnur Cəfərli
kimya üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

