Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrlik edəcək
21.04.2026 [10:59]
Ceyhun Bayramov Tailandda...
Aprelin 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tailand Krallığının paytaxtı Banqkok şəhərinə işgüzar səfəri çərçivəsində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasına (UNESCAP) sədr seçilib. Ölkəmizin növbəti bir il ərzində UNESCAP-a sədrlik etməsi nəzərdə tutulub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, “Heç kəsi geridə qoymamaq: Asiya və Sakit okean regionunda bütün yaşlar üçün cəmiyyətin irəlilədilməsi” mövzusuna həsr olunmuş sessiyanın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin sessiya iştirakçılarına ünvanlanmış müraciəti nazir Ceyhun Bayramov tərəfindən səsləndirilib. Prezidentin müraciətində qlobal miqyasda artan geosiyasi gərginliklərin beynəlxalq sülh və təhlükəsizlik üçün yaratdığı çağırışlar qeyd olunub, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin əhəmiyyəti bir daha vurğulanıb. Müraciətdə Azərbaycanın suverenliyini tam bərpa etməsi, Ermənistanla normallaşma prosesində əldə olunan irəliləyişlər, Böyük Qayıdış proqramı, mina təhlükəsinin yaratdığı təhdidlər, dayanıqlı inkişaf göstəriciləri, Orta Dəhlizin artan rolu və ölkənin enerji təhlükəsizliyi ilə regional bağlantıya töhfəsi önə çəkilib.
Müraciətdə Azərbaycanın beynəlxalq təşkilatlar və platformalarda artan fəallığı diqqətə çatdırılıb. Türk Dövlətləri Təşkilatına, AQEM-ə sədrlik, COP29-un uğurla təşkili və tarixi nəticələri, D-8 üzvlüyümüz, qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumu və digər təşəbbüslər vurğulanıb.
Daha sonra Ceyhun Bayramov sessiyanın sədri qismində çıxış edərək Azərbaycanın inklüziv inkişaf, rəqəmsal transformasiya, yaşıl enerji, regional əlaqəlilik və çoxtərəfli əməkdaşlıq sahələrində prioritetlərini təqdim edib.Çıxışda vurğulanıb ki, sürətlə dəyişən qlobal şəraitdə inklüzivlik əsas istiqamət olaraq qalmalıdır. Bu yanaşmanın “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində həyata keçirdiyi və bilik əsaslı, rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşdırılmasını hədəflədiyi diqqətə çatdırılıb. Rəqəmsal texnologiyaların, onlayn dövlət xidmətlərinin və süni intellekt tətbiqlərinin idarəetmənin səmərəliliyini artırdığı qeyd edilib.
Çıxışda bərpaolunan enerji mənbələrinin həm iqlim, həm də iqtisadi dayanıqlılıq baxımından əhəmiyyəti vurğulanıb. Bakıda keçirilmiş COP29 çərçivəsində əldə edilmiş tarixi razılaşmalar, o cümlədən ildə ən azı 300 milyard ABŞ dolları həcmində iqlim maliyyəsinin səfərbər olunması öhdəliyi xatırlanıb. Bu öhdəliklərin praktiki layihələrə çevrilməsinin vacibliyi qeyd olunub. Eyni zamanda, nəqliyyat, ticarət və logistika əlaqələri inklüziv inkişafın mühüm vasitəsi kimi qiymətləndirilib. Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşən strateji mövqeyi vurğulanaraq Orta Dəhlizin regional əməkdaşlıq və dayanıqlılıqda roluna diqqət çəkilib. Nazir bölgəmizdə sülh quruculuğu səylərinin, Cənub-Cənub əməkdaşlığının, çoxtərəfli diplomatiyanın önəmini də qeyd edib.
Sessiyada Asiya və Sakit okean regionunda bütün yaş qrupları üçün sosial inkişafın təşviqinə dair Bakı-Banqkok Bəyannaməsi qəbul edilib. Bu sənəd, ASİSK-ın inklüziv inkişaf gündəliyi ilə birbaşa uzlaşan inklüzivlik və dayanıqlı tərəqqiyə dair ortaq öhdəliyi əks etdirir.
Sessiya çərçivəsində ümumi müzakirələr zamanı, həmçinin xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edib. Çıxış zamanı, regionda inklüziv və dayanıqlı inkişafın təşviqi, sosial bərabərliyin gücləndirilməsi və bütün təbəqələrin inkişaf prosesinə cəlb olunmasının əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasına sədrliyin Azərbaycana həvalə olunması ölkəmizə göstərilən yüksək etimadın, Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun və qlobal və regional proseslərdə fəal iştirakının bariz təzahürüdür. UNESCAP Asiya və Sakit okean regionunda iqtisadi və sosial əməkdaşlığı təşviq edən BMT-nin əsas regional platformalarından biri olmaqla, dayanıqlı inkişaf, inklüziv artım və sosial rifah məsələləri üzrə dialoq üçün mühüm rol oynayır.
Səfər çərçivəsində C.Bayramov Tailand Krallığı Baş nazirinin müavini və xarici işlər naziri Sihasak Phuangketkeou ilə də görüşüb. Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivlərini müzakirə ediblər. Siyasi dialoq, iqtisadi və ticarət əlaqələri, eləcə də mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensialın olduğu vurğulanıb.Həmçinin, Azərbaycanın 2025-ci ilin dekabrında Tailandda səfirliyinin açılması və iki ölkənin XİN-ləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi münasibətlərin institusional əsaslarının gücləndirilməsi baxımından mühüm mərhələ kimi qeyd olunub.BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası kimi çoxtərəfli platformalarda əməkdaşlığın artırılmasının vacibliyi də diqqətə çatdırılıb.
Ceyhun Bayramov həmkarına Azərbaycanın post-münaqişə dövrü sülh gündəliyi, minatəmizləmə fəaliyyəti və azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib.Tərəflər, həmçinin regional təhlükəsizlik məsələlərini və Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.
Bundan əlavə, nazir BMT Baş katibinin müavini və Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın İcraçı katibi Armida Salsiah Alisjahbana ilə görüşüb. Görüşdə Azərbaycan ilə UNESCAP arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.Azərbaycanın regional və beynəlxalq platformalarda artan rolu vurğulanıb. Eyni zamanda, enerji, nəqliyyat, rəqəmsallaşma, ticarətin asanlaşdırılması, yaşıl inkişaf və insan kapitalının inkişafı sahələrində birgə təşəbbüslər üçün imkanlar nəzərdən keçirilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

