Sabunçu rayonunda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib
02.02.2026 [13:47]
Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu Rayon Təşkilatı, Sabunçu Gənclər Evi Sosial Xidmət Müəssisəsi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Gənclər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov qeyd edib ki, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər yetişməkdə olan gənc nəslə qayğını hər zaman ön plana çəkib. Ümummilli Liderin məqsədi ölkənin gələcəyini etibarlı əllərə əmanət etmək idi və o, öz məqsədinə çatdı. Ulu öndər Heydər Əliyev Azərbaycan gənclər siyasətinin banisidir. Bu gün Azərbaycan gəncləri öz inkişaflarının qızıl dövrlərini yaşamaqdadırlar.
Çıxış edən YAP Sabunçu Rayon Təşkilatının sədr müavini Zülfüqar Cəfərov bütün gəncləri “2 Fevral - Azərbaycan Gənclər Günü” münasibətilə təbrik edərək, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Azərbaycanda uğurla həyata keçirilən mütərəqqi gənclər siyasətinin gənc nəslin inkişafında, eləcə də onların vətənpərvər ruhda formalaşmasında önəmli rolundan danışıb. Gənclərin millətin inkişafının təməl daşı, müstəqilliyimizin qorunub-saxlanılmasında gələcəyimizin qarantı olduğunu deyən Araz Xudadanov Azərbaycanda gəncliyin inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinin ölkə siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Vurğulanıb ki, bütün Azərbaycan gəncliyi kimi Sabunçu gəncləri də ən layiqli davamçı, partiyamızın sədri, cənab Prezident İlham Əliyevin hər addımında, hər qərarında onun yanında yer alırlar.
Çıxış edən Sabunçu rayon Gənclər və İdman Sektorunun müdiri Rakif Əliyev, Vətən müharibəsi şəhidi İsrail Cəfərzadənin atası Namiq Cəfərzadə bildiriblər ki, 44 günlük İkinci Qarabağ müharibəsində “Vətəndən pay olmaz” deyib silaha sarılan gənclərimiz nə qədər milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunduqlarını nümayiş etdirdilər. Gənclərimiz qanları, canları ilə tariximizin Zəfər səhifəsini yazdılar.
Sonda 2 Fevral - Gənclər Günü münasibətilə bir qrup gənc diplomla təltif olunub.
Tədbir rayon gənclərinin ifasında musiqi və rəqs nömrələri ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20

