Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Cənubi Koreya vətəndaşlarının Venesueladan təxliyəsi nəzərdən keçirilir

Cənubi Koreya vətəndaşlarının Venesueladan təxliyəsi nəzərdən keçirilir

03.01.2026 [20:32]

Cənubi Koreya Prezidenti Li Cemyön müvafiq qurumlara ölkə vətəndaşlarının ehtiyac olarsa Venesualadan təxliyəsi üçün plan hazırlamağı tapşırıb.

AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, bu barədə Prezident ofisi – “Mavi saray” açıqlama yayıb.

“Prezident Li Cemyön səlahiyyətli qurumlara Venesueladakı Cənubi Koreya vətəndaşlarının hərtərəfli qorunmasını təmin etməyi və vəziyyətin daha da pisləşməsi halında tez bir zamanda həyata keçirilə bilməsi üçün təxliyə planlarını hazırlamağı tapşırıb”, - deyə “Mavi saray”ın açıqlamasında qeyd olunur. Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar təcili iclas keçirib.

Bildirilir ki, Venesuelada hazırda təxminən 70 Cənubi Koreya vətəndaşı var. ABŞ-ın zərbərləri nəticəsində koreyalılardan xəsarət alan olmayıb.

Paylaş:
Baxılıb: 650 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Əfsanəvi maestro

20 Avqust 09:05

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31