Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ət yeməyənlərin günüdür...

Ət yeməyənlərin günüdür...

01.11.2025 [10:16]

Dünyada sürətlə yayılan yeni bir həyat tərzi var - veqanlıq. Bu, təkcə qidalanma rejimi deyil, həm də bir dəyərlər sistemi, dünyagörüşü və vicdanın səsidir. Veqan insanlar heyvan mənşəli məhsullardan - ət, süd, yumurta, bal, dəri, yun və s. istifadə etmir. Çünki inanırlar ki, hər bir canlının yaşamaq haqqı var və insan öz rahatlığı naminə digər canlıların həyatını əlindən almamalıdır.

Vegeterianlıq qədim zamanlardan Roma, Hindistan və Yunanıstanda ciddi riayət olunan bir qidalanma sistemidir. İlk dəfə Vegeterian sözü 1842-ci ildən istifadə edilməyə başlanıb. Araşdırmalara görə, günümüzdə Hindistandakı vegeterianların sayı bütün dünyadakı vegeterianların sayından daha çoxdur. Veqan həyat tərzini seçənlərin sayı artdıqca mağazalarda veqanlara özəl hazırlanmış qida məhsullarının çeşidi, veqan yeməklərinə diqqət göstərən otel və restoranların sayı da artır.

1994-cü il noyabrın 1-də İngiltərədə keçirilən Veqan Cəmiyyətinin 50-ci ildönümündə vegetarian heyvan hüquqları müdafiəçisi Louise Wallis bu tarixi Beynəlxalq Veqan Günü olaraq elan edib. Veqan Cəmiyyətinin prezidenti kimi onun məqsədi təkcə Veqan Assosiasiyasının davamlı mövcudluğunu vurğulamaq deyil, həm də “veqan” sözünün ingilis dilinə keçməsinə diqqət çəkmək idi.

Əslində, veqanizm ideyasının ən az 2000 il əvvəl və vegetarianizm ideyasının (ət yeməmək) ondan 500 il əvvəl mövcud olduğu təxmin edilir. 1806-cı ilə qədər isə veqan həyat tərzi artıq formalaşmağa başladı. Əvvəllər veqanlar süd məhsullarından imtina etdi, daha sonra bu sıraya yumurtalar da daxil edildi. 1951-ci ilə qədər veqanlar artıq bütün heyvan mənşəli məhsullardan imtina etdi. Veqanların birləşərək İngiltərə Veqan Cəmiyyətini yaratması 100 ildən uzun çəkdi.

Veqan Cəmiyyəti 1944-cü il noyabrın 1-də Donald Uotson tərəfindən yaradılıb. O, ingilis mənşəli “vegetarian” sözünün ilk 3 və son 2 hərfini götürərək “veqan” sözünü yaradıb. Onun bu cəmiyyəti məhz 1 noyabr tarixində yaratmasına səbəb 31 oktyabrda keçirilən “Halloween” bayramı ilə 2 noyabrda qeyd olunan Meksika Ölülər Günü arasına düşməsi idi.

Vegetarianlığın sərt forması olan insanlar...

-tərkibində heyvan mənşəli komponentləri istisna edən yalnız bitki mənşəli məhsullarla qidalanırlar;

-həm ətdən, həm də süd, bal, pendir, yumurta və heyvanlardan alınmış hər cür qida növündən imtina edirlər;

-dəri, xəz, yun və ipək paltar əsla geyinmirlər;

-heyvanlar üzərində sınaqdan keçirilmiş məhsullardan istifadə etmirlər və s.

Veqanlar heyvanlara əziyyət edilməsinin, öldürülməsinin və onlara qəddar rəftar edilməsinin qarşısını almağa çalışırlar. Onlar bu gün dünyanın müxtəlif ölkələrində Beynəlxalq Veqan Gününü xüsusi şəkildə qeyd edərək veqan həyat tərzinin yayılmasına, bu haqda insanların məlumatlılığının artmasına önəm verirlər. Onlar heyvanlara əziyyətin qarşısının alınmasında son dərəcə haqlıdırlar. Bəs bütün heyvan mənşəli qidalardan imtina etmək insan sağlamlığına necə təsir edər? Bir çox tədqiqatçılar bu həyat tərzinin sağlamlıq üçün bəzi təhlükələr yaratdığını qeyd edirlər. “Heyvanlara əziyyət olunmasın, amma insanlar da bu həyat tərzini seçməklə özlərinə əziyyət etməsin”,-deyə düşünürlər.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30