Azərbaycan MDB-nin strateji mədəni və siyasi dayağına çevrilir
13.10.2025 [16:08]
Düşənbənin payız səhəri bu dəfə bir diplomatik mərhələni deyil, bir siyasi və mənəvi qələbəni də yazdı tarixin səhifəsinə. Azərbaycan Prezidenti cənab İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı sanki yeni bir dövrün rəmzinə çevrildi — həm ruh, həm siyasət, həm də milli dirçəlişin tərənnümünə. Azərbaycan bu gün MDB ailəsində sadəcə bir üzv deyil, həm də mənəvi dəyərlərin, bərpa olunan mədəniyyətin və ədalətli siyasətin daşıyıcısır. Cənab Prezident İlham Əliyevin sözləri bu məqamda həm diplomatik jest, həm də milli qürurun ifadəsi idi: “Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm.” Bu təşəkkürün arxasında bir həqiqət durur — Laçın artıq təkcə bir şəhər deyil, işğaldan azad olunmuş torpaqların dirçəliş salnaməsidir. Bütün bir xalqın yenidən doğuluş simvoludur. Laçın bir vaxtlar qaranlığa bürünmüş, lakin bu gün müstəqilliyin işığında bərq vuran torpaqdır. Orada qurulan hər bina, bərpa olunan hər mədəni ocaq həm də dövlətçilik ideyasının canlı izidir. Cənab Prezident İlham Əliyevin Düşənbədə söylədiyi kimi, “tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib.” Bu cümlə Laçının taleyini, azadlığın bərpa etdiyi mənəvi qüdrəti bir ifadəyə sığdırır. MDB-nin mədəniyyət paytaxtı statusu Laçına verildisə, bu, artıq Azərbaycanın həm tarix, həm mədəniyyət, həm də gələcək baxımından bölgənin liderinə çevrildiyini göstərir. Bu liderliyin digər siması isə Gəncədir — Nizaminin şəhəri, mənəviyyatın və elmin paytaxtı. Burada keçirilən III MDB Oyunları bir idman yarışı olmaqdan çox, dostluğun, əməkdaşlığın və birliyin rəmzinə çevrildi. Cənab Prezident İlham Əliyev bu barədə deyirdi: “Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir.” Gəncədə 13 ölkədən 1600-dən çox idmançı toplaşdı. Onların ayaq basdığı hər küçə, yarışdığı hər arena Azərbaycan qonaqpərvərliyinin, sabitliyinin və gücünün göstəricisi oldu.
Əslində, bu iki hadisə - Laçın və Gəncə-Azərbaycanın müasir diplomatiyasının iki qanadıdır. Biri mədəniyyətlə, digəri idmanla regionda sülh, həmrəylik və qarşılıqlı hörmət körpüsü qurur. Azərbaycan bu gün MDB-nin mənəvi xəritəsində həm mərkəzdə, həm də zirvədədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ölkə artıq yalnız iqtisadi deyil, həm də mənəvi güc mərkəzinə çevrilir. Laçında alovlanan mədəniyyət çırağı Gəncədəki idman meydanlarını işıqlandırır. Hər ikisi isə Vətən adlanan bir ideyanın — Azərbaycanın qalibiyyət ruhunun təcəssümüdür. Cənab Prezidentin Tacikistanla bağlı sözləri (“Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir.”) regionda qarşılıqlı etimad və səmərəli əməkdaşlıq siyasətinin əsaslarını göstərir. Bu, Azərbaycanın balanslı diplomatiyasının, hər tərəf üçün faydalı əməkdaşlıq modelinin davamıdır. Ən mühüm məqam isə humanitar əməkdaşlıq və mədəni inteqrasiya xəttidir. Dövlət başçısının Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı dediyi sözlər, əslində, Azərbaycanın mədəni diplomatiya fəlsəfəsinin rəsmi ifadəsidir. Bu, həm də beynəlxalq legitimliyin simvoludur-MDB ölkələri Laçının bərpasını təkcə Azərbaycan uğuru kimi deyil, regional sabitlik modeli kimi qəbul edirlər. Azərbaycan bu təşəbbüslə MDB məkanında “humanitar inteqrasiya”nın aparıcı mərkəzinə çevrilir. Digər strateji məqam-III MDB Oyunlarının Gəncədə keçirilməsi oldu. Belə tədbirlər MDB məkanında dostluğu, əməkdaşlığı möhkəmləndirir. Bu fikrin arxasında üç əsas strateji xətt dayanır: Gəncə oyunları vasitəsilə ölkə MDB daxilində multilateral (çoxşaxəli) diplomatiyanı yeni səviyyəyə qaldırdı. Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüsləri təkcə iqtisadi deyil, həm də sosial-humanitar məkanın inkişafına xidmət edir. Laçın və Gəncə hadisələri Azərbaycanı MDB-nin qərb-şərq mədəni və idman mərkəzinə çevirir. MDB çərçivəsində bu hadisələr təkcə dostluq platforması deyil, həm də yeni siyasi enerji mənbəyidir. Azərbaycanın bu təşəbbüsləri Birliyin gələcək inkişafı üçün nümunəvi model rolunu oynayır.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
13 Oktyabr 17:35

Sosial
13 Oktyabr 17:10

Siyasət
13 Oktyabr 17:01

YAP xəbərləri
13 Oktyabr 16:45

YAP xəbərləri
13 Oktyabr 16:34

Siyasət
13 Oktyabr 16:27

Analitik
13 Oktyabr 16:24

YAP xəbərləri
13 Oktyabr 16:08

Siyasət
13 Oktyabr 15:56

YAP xəbərləri
13 Oktyabr 15:42

YAP xəbərləri
13 Oktyabr 15:21

YAP xəbərləri
13 Oktyabr 15:20

YAP xəbərləri
13 Oktyabr 14:59

Gündəm
13 Oktyabr 14:51

YAP xəbərləri
13 Oktyabr 14:51

Xəbər lenti
13 Oktyabr 14:50

YAP xəbərləri
13 Oktyabr 14:25

Diaspor
13 Oktyabr 13:48

Dünya
13 Oktyabr 13:38

Sosial
13 Oktyabr 13:03

İqtisadiyyat
13 Oktyabr 13:01

Hadisə
13 Oktyabr 12:54

Dünya
13 Oktyabr 12:54

Gündəm
13 Oktyabr 12:52

Dünya
13 Oktyabr 12:24

YAP xəbərləri
13 Oktyabr 12:10

YAP xəbərləri
13 Oktyabr 12:07
YAP xəbərləri
13 Oktyabr 11:57

Sosial
13 Oktyabr 11:50

Dünya
13 Oktyabr 11:49

YAP xəbərləri
13 Oktyabr 11:49

İqtisadiyyat
13 Oktyabr 11:37

Dünya
13 Oktyabr 11:20

Hadisə
13 Oktyabr 11:18

Dünya
13 Oktyabr 11:15

YAP xəbərləri
13 Oktyabr 11:08

YAP xəbərləri
13 Oktyabr 11:07

Dünya
13 Oktyabr 10:56

Dünya
13 Oktyabr 10:51

Dünya
13 Oktyabr 10:30

Dünya
13 Oktyabr 10:18

Hadisə
13 Oktyabr 10:03

Dünya
13 Oktyabr 09:40

Dünya
13 Oktyabr 09:21

Dünya
13 Oktyabr 08:52

Dünya
13 Oktyabr 08:16

Hadisə
13 Oktyabr 03:17

Siyasət
12 Oktyabr 22:13

Maraqlı
12 Oktyabr 21:17

Mədəniyyət
12 Oktyabr 20:29

Dünya
12 Oktyabr 19:44

Analitik
12 Oktyabr 19:05

Siyasət
12 Oktyabr 18:30

Gündəm
12 Oktyabr 17:55

Gündəm
12 Oktyabr 17:36

İdman
12 Oktyabr 17:26

Dünya
12 Oktyabr 16:21

Dünya
12 Oktyabr 15:40

Sosial
12 Oktyabr 14:29

Dünya
12 Oktyabr 13:37

Dünya
12 Oktyabr 12:41

Gündəm
12 Oktyabr 11:46

Dünya
12 Oktyabr 11:30

Dünya
12 Oktyabr 10:28

Hadisə
12 Oktyabr 09:21

Hərbi
12 Oktyabr 08:52

Dünya
11 Oktyabr 23:31

Siyasət
11 Oktyabr 22:19

Dünya
11 Oktyabr 21:40

Maraqlı
11 Oktyabr 20:44
