/ / Numan Kurtulmuş: Türkiyə-Azərbaycan-Pakistan parlamentləri arasında dialoq müasir çağırışlar fonunda xüsusi əhəmiyyətə malikdir
Numan Kurtulmuş: Türkiyə-Azərbaycan-Pakistan parlamentləri arasında dialoq müasir çağırışlar fonunda xüsusi əhəmiyyətə malikdir
13.10.2025 [15:56]
Üç qardaş dövlətin – Türkiyə, Azərbaycan və Pakistanın parlamentləri arasında üçtərəfli qarşılıqlı fəaliyyət mexanizmi daha davamlı və institusional səviyyəyə qaldırılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bazar ertəsi, oktyabrın 13-də Pakistan, Azərbaycan və Türkiyə parlamentləri sədrlərinin İslamabadda keçirilən üçtərəfli görüşündə çıxışı zamanı deyib.
Kurtulmuş bu formatda ilk görüşün 2021-ci ildə Bakıda keçirildiyini və həmin tədbirin “üç ölkənin tarixi dostluq və əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində daha bir körpüyə çevrildiyini” xatırladıb.
TBMM spikerinin sözlərinə görə, Türkiyə, Azərbaycan və Pakistan arasında parlamentlərarası dialoqun əhəmiyyəti üç ölkənin həm regionda, həm də beynəlxalq aləmdə üzləşdiyi çağırış və təhdidlər fonunda xüsusilə yüksəkdir. O, həmçinin qonşu Əfqanıstandan gələn qeyri-qanuni miqrasiya axınlarını və narkotik ticarətini müasir Pakistanın üzləşdiyi təhlükələr kimi qeyd edib.
“Ölkələrimiz arasında hərbi və müdafiə sahələrində, o cümlədən hərbi-sənaye kompleksində əməkdaşlıq bizə gələcəkdə problemlərin genişlənməsini önləmək və təhlükələrin qarşısını almaq üçün daha operativ addımlar atmağa imkan verəcək”, - deyən N.Kurtulmuş Ankaranın terrorla mübarizədə İslamabadla həmrəy olduğunu vurğulayıb.
Cənubi Qafqazdakı vəziyyətə gəlincə, Türkiyə parlamentinin sədri Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsini “tarixi ədalətin təntənəsi” adlandırıb. O qeyd edib ki, hazırda Cənubi Qafqazda müsbət irəliləyişlər baş verir və Zəngəzur dəhlizinin işə salınması region ölkələri arasında sıx iqtisadi və siyasi əlaqələri stimullaşdıracaq, habelə Orta Dəhlizin strateji əhəmiyyətini artıracaq.
Türkiyə parlamenti sədrinin sözlərinə görə, nəqliyyat, rabitə, enerji, ticarət kimi sahələrdə birgə layihələr Ankara, Bakı və İslamabad arasında əməkdaşlıq üçün xüsusi əhəmiyyət kəsb edir.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49

