Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir

Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir

13.10.2025 [20:16]

Səyyad Mirzəyev,

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Prezidentlərin qarşılıqlı dövlət səfərləri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Düşənbəyə səfəri və keçirdiyi bir sıra yüksək səviyyəli görüşlər olduqca əhəmiyyətli keçdi. Regional əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraqların müzakirəsi baxımından bu səfər Azərbaycan-Tacikistan, eləcə də MDB ölkələri arasında münasibətlərin inkişafı üçün mühüm addım kimi yadda qaldı. Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında etdiyi çıxış da xüsusi əhəmiyyət kəsb etdi. Prezident çıxışında Azərbaycanla Tacikistan arasındakı strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin regionun geosiyasi sabitliyinə və əməkdaşlıq potensialına mühüm töhfə verdiyini qeyd etdi. Azərbaycan lideri humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsinin regional inteqrasiya prosesində vacib amil olduğunu vurğulayaraq Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsini uzun illər davam edən işğaldan sonra azad olunmuş ərazilərdə dövlət quruculuğu və dirçəliş strategiyasının beynəlxalq səviyyədə tanınması kimi dəyərləndirir. Dövlətimizin başçısının Tacikistan səfəri olduqca önəmli siyasi və strateji əhəmiyyət daşıdı. Prezident İlham Əliyevin Düşənbədəki çıxışı və görüşləri Azərbaycanın regional əməkdaşlıqda fəal rolunu bir daha nümayiş etdirdi.

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Dostluğun təntənəsi

13 Oktyabr 14:51

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31