Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / FHN: Göyçayda sexdə baş vermiş yanğın tam söndürülüb YENİLƏNİB-4

FHN: Göyçayda sexdə baş vermiş yanğın tam söndürülüb YENİLƏNİB-4

13.10.2025 [03:17]

Göyçay şəhəri ərazisində yerləşən yeşik istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə şahidi Zaur Süleymanov bildirib ki, alov qəfil başlayıb və quru yeşiklərin olması yanğının qısa zamanda böyüməsinə səbəb olub:

“Qarovulçunun yanında idim, işim vardı onunla. Bir də gördük ki, səs gəlir. Gəldik, gördük ki, alışıb. Yanğınsöndürənlərə zəng elədik, gəlincə də alışdı, yandı. Quru yeşiklərdir. Elə bir saniyənin içində hamısı alışdı. Ora çatdırmaq da mümkün deyildi.”

Yanğın zamanı sexdəki ağac materiallarından hazırlanmış yeşiklər, avadanlıqlar və digər əşyalar yanaraq yararsız hala düşüb. Alovun şiddətlənməsi nəticəsində yaxınlıqdakı evlər də zərər görüb.

Hadisə zamanı xəsarət alan və ya həyatını itirən olmayıb.

Hazırda yanğının dəqiq başvermə səbəbləri və təfərrüatları araşdırılır.

23:51

Göyçayda yeşik istehsal olunan sexdə başverən yanğın iki fərdi yaşayış evinə keçib. Nəticədə vətəndaşlara məxsus evlərə zərər dəyib.

AZƏRTAC xəbər verir ki, evlərdəki bəzi əşyalar və yanar konstruksiyalar tamamilə yanaraq yararsız hala düşüb.

Alovun söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay və Ucar rayon bölmələrinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

23:09

Göyçay şəhəri ərazisində yerləşən yeşik istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

22:25

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Göyçay şəhəri ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

22:08

Göyçayda güclü yanğın başlayıb. Hadisə axşam saatlarında rayon ərazisində yerləşən yeşik istehsalı sexində qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, alov qısa müddətdə şiddətlənərək geniş sahəni əhatə edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay bölməsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir, ətraf ərazilər yanğından mühafizə olunur.

Paylaş:
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Dostluğun təntənəsi

13 Oktyabr 14:51

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31