"Azərbaycanın müstəqilliyinin bərpası və xarici siyasət strategiyası”
08.10.2025 [18:19]
Oktyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycanın müstəqilliyinin bərpası və xarici siyasət strategiyası” mövzusunda tədbir keçirilib.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, bu gün Azərbaycan yerləşdiyi bölgədə baş verən siyasi, iqtisadi və geostrateji proseslərə təsir göstərmə gücünə malik bir ölkəyə çevrilib. Azərbaycan xarici siyasət sahəsində əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirib və beynəlxalq arenada daha güclü bir mövqe tutmağı bacarıb.
B.Nəbiyev söyləyib ki, Azərbaycan beynəlxalq kontekstdə xarici siyasət uğurları, xüsusilə Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra yeni bir geosiyasi mövqe formalaşdırıb.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının milli maraqlarına əsaslanan xarici siyasət kursundan ətraflı bəhs edib. O qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin təməlinin qoyulması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
A.Rəhimzadənin sözlərinə görə, Ümummilli Lider xalqın dəvəti ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin dinamik inkişafının əsas istiqamətlərini müəyyənləşdirdi: “O, ölkəni parçalanmaq və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Ölkənin iqtisadi qüdrəti artdı, siyasi mövqeyi möhkəmləndi. Azərbaycan beynəlxalq aləmdə müstəqil dövlət kimi varlığını təsdiqlədi, müstəqil siyasəti ilə yerini və rolunu möhkəmləndirdi. Beynəlxalq təşkilatlar səviyyəsində əlaqələr yüksələn xətt üzrə inkişaf etdi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. 1995-ci ildə ümumxalq səsverməsi ilə yeni Konstitusiyanın qəbul edilməsi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində dönüş mərhələsi oldu. Bu gün Azərbaycan Konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
YAP Veteranlar Şurasının üzvü Arif Qaraşov Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən, məqsədyönlü siyasətinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycanın müstəqillik illərində həyata keçirdiyi xarici siyasət ölkəmizin dayanıqlı inkişafının və regional sabitliyin təminatçısıdır. Bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur: “Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr həm də milli oyanışın, tərəqqinin və müstəqil dövlət quruculuğunun əsas mərhələsi kimi yadda qalıb. Məhz Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi tanınır”.
YAP Təftiş Komissiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul olunması ilə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
Səməd Seyidov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısı alındı. Heydər Əliyevin xarici siyasətinin müdrik əsasları ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə və gələcək nəsillər üçün sülh, təhlükəsizlik və tərəqqi mühitinin yaradılmasına zəmin yaratdı: “Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər həm iqtisadi, siyasi, hərbi, həm də diplomatik sahədə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan Vətən müharibəsində inamlı Qələbə qazandı, lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu”.
Tədbir interaktiv formada davam edib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41

