Dövlət Komitəsinin sədri ABŞ-də Yuta Senatının prezidenti ilə görüşüb
08.10.2025 [13:16]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Yuta Senatının prezidenti Adam Stüart ilə görüşüb.
Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu vurğulanıb. Bu il avqust ayının 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəhbərlərinin imzaladıqları Birgə Bəyannamənin sülh prosesində tarixi dönüş nöqtəsi olduğu, eyni zamanda dinlərarası harmoniya, tolerantlıq və birgəyaşayış ənənələrinin möhkəmlənməsində mühüm rol oynayacağına əminlik ifadə edilib.
Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycandakı tolerantlıq mühitinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsasında milli-mənəvi dəyərlərin qorunması və müxtəlif dinlərə mənsub insanların birgə, sülh şəraitində yaşamasını təmin etmək məqsədi dayanır. Ramin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini tolerantlıq, multikulturalizm və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan cəmiyyət modelinin formalaşdığını qeyd edib. Vurğulayıb ki, Azərbaycanda bütün konfessiyaların, o cümlədən xristian dini icmalarının azad və təhlükəsiz şəkildə fəaliyyət göstərməsi üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılıb. Bunun bariz nümunəsi kimi İsa Məsihin Sonuncu Gün Müqqəddəsləri Kilsəsinin Azərbaycanda rəsmi qeydiyyatı, dövlətin dinlərarası tolerantlıq və bərabər münasibət prinsipinə sadiqliyinin praktik təzahürüdür. Komitə sədri Azərbaycan-ABŞ əlaqələrinin inkişafına töhfə verəcək qarşılıqlı təmasların əhəmiyyətini vurğulayaraq, Senat prezidentini Azərbaycana səfərə dəvət edib.
Səfər dəvətini minnətdarlıqla qəbul edən Adam Stüart əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq, ölkəmizdəki multikultural dəyərlərin və dinlərarası harmoniyanın təqdirəlayiq olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tolerantlıq və dinlərarası həmrəylik mühitinin qorunmasına mühüm töhfələr verdiyini qeyd edib. O, Azərbaycan cəmiyyətində dini dözümlülük və mədəni müxtəlifliyin qorunması istiqamətində həyata keçirilən siyasəti yüksək qiymətləndirdiyini vurğulayıb.
Azərbaycan - ABŞ arasında dinlər və mədəniyyətlərin dialoqu sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə Yuta Ştatının senatorları Kirk Kollimor, Mayk Makkel də iştirak ediblər.
Xəbər lenti
Hamısına baxMüsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25

