Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

30.09.2025 [14:17]

YAP Sabunçu rayon təşkilatının Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi 24 (Sabunçu Tibb Mərkəzi Publik Hüquqi Şəxsi, 2 nömrəli Doğum evi) ünvanı üzrə ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Yığıncaqda çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ideologiyasının tərənnümü və tarixi reallığı əsasında yaranan Yeni Azərbaycan Partiyası bu gün də öz uğur və tərəqqi sözünü deməkdədir. Azərbayacanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.

Daha sonra çıxış edən Sabunçu Tibb Mərkəzi Publik Hüquqi Şəxsi, 2 nömrəli Doğum evinin rəhbəri, Direktor müavini Səadət Şamilova bildirib ki, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsinin mövcud olduğu bir şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması dövlətçilik tariximizin dönüş nöqtələrindən oldu. Bu gün Ümummilli Liderimizin layiqli davamçısı olan Prezident, YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin şərəfli Zəfər tarixinin yeni parlaq səhifələri yazılır.

Çıxış edən partiya üzvləri – Xatirə Mirzəyeva və Nisə Qurbanova vurğulayıblar ki, zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası ölkəmizdə Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü siyasi təşkilatdır.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Səadət Şamilova Oskar Əfəndiyev küçəsi 24 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Elyura Məmmədova isə sədr müavini seçiliblər.

Ərazi partiya təşkilatının seçilmiş yeni sədr və sədr müavini göstərilən etimada görə minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 86 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Analitik

Sosial

MEDİA

Paytaxtda mühüm tədbir...

30 Sentyabr 08:25  

Gündəm

Nilayların ümid yeri...

30 Sentyabr 07:42  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31