Azərbaycanın sülhsevər siyasəti dünyaya nümunədir
30.09.2025 [14:13]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri
Azərbaycanın Prezidenti cənab İlham Əliyev 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında qalib və ədalətli sülh yaradan lider kimi dövlətimizi təmsil etdi.
Prezident cənab İlham Əliyev nüfuzlu qurumun ali tribunasından Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətləri nəticəsində bir milyon azərbaycanlının öz yurd-yuvasından didərgin salındığını bir daha xatırlatdı: “Uzun illər ərzində bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam. Otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı.”
Qalib Lider cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində BMT Təhlükəsizlik Şurasının onilliklər boyu kağız üzərində qalan məlum qətnamələri yerinə yetirildi, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi.
Dövlətimizin başçısı BMT Baş Assambleyasının 80-ci sessiyasında müstəqil ölkəmizin tarixi nailiyyətlərini dünyaya bəyan etdi: "Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur".
Müstəqil Azərbaycanın Prezidenti cənab İlham Əliyevin Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasının tribunasından çıxışı yalnız Azərbaycanın beynəlxalq aləmdə mövqeyini təcəssüm etdirmirdi, həm də regionda yeni geosiyasi reallıqların və sülh proseslərinin istiqamətlərini beynəlxalq auditoriyaya çatdırmaq məqsədi daşıyırdı. Qalib Lider tarix, müasir dövr və gələcək perspektivlər birləşdirərək, Azərbaycanın mövqeyini beynəlxalq hüquq prizmasından güclü şəkildə diqqətə çatdrdı.
Çıxışda Azərbaycanın quruculuq işlərinə xüsusi yer ayıran Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələrdən də danışmışdır. Bərpaolunan enerji layihələri, nəqliyyat dəhlizlərinin genişləndirilməsi və xüsusilə də Zəngəzur dəhlizinin açılması region üçün strateji əhəmiyyət daşıyan addımlar kimi təqdim edilmişdir. Düşmən işğalından azad olunmuş torpaqlarda “Böyük Qayıdış” proqramının həyata keçirilməsi nəticəsində beş il ərzində yeni yollar çəkilmiş, məktəblər, xəstəxanalar tikilmişdir. İllərlə dogma evlərindən didərgin düşmüş soydaşlarımız öz doğma yurdlarına qayıdırlar. Lakin mina təhlükəsi və itkin düşmüş şəxslərin taleyi kimi problemlərin hələ də mövcud olduğu vurğulayan Prezident İlham Əliyev dünya dövlətlərini beynəlxalq hüquqa hörmət etməyə, ikili standartlardan uzaq durmağa və ədaləti təmin etməyə çağırmışdır. O bildirmişdir ki, Azərbaycanın qələbəsi yalnız hərbi-siyasi uğur deyil, həm də beynəlxalq hüququn üstünlüyünün təsdiqidir.
Dövlətimizin başçısının ali tribunadan söylədikləri Azərbaycanın sülhsevər siyasətini, beynəlxalq münasibətlərdə ədalətə və əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirdi.
Xəbər lenti
Hamısına baxAnalitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53

