Qərb Moldovada qələbə qazandı...
30.09.2025 [09:36]
Rusiya geri addım atacaq?
Moldova bu dəfə də Avropaya inteqrasiya yolunu seçdi. Sentyabrın 28-də Avropanın cənub-şərq regionunda yerləşən bu ölkədə baş tutan parlament seçkilərinin nəticələri Qərbin xeyrinə yekunlaşıb. Belə ki, Moldovada səslərin 99,38 faiz sayıldıqdan sonra Prezident Maya Sandunun rəhbərlik etdiyi Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyası (PAS) səslərin 50,2 faizni toplayıb - 101 mandatdan ibarət olan parlamentdə yerlərin 52-ni qazanıb. İkinci yerdə isə 24,31 faiz səslə keçmiş prezident İqor Dodonun Rusiyayönümlü Vətənpərvər Seçki Bloku qərarlaşıb. Digər müxalifət partiyalar - Alternativ (8 faiz), “Renato Usatii” - Bizim Partiya (6,22 faiz) və ultra-sağçı Evdə Demokratiya partiyası da (5,64 faiz) parlamentə daxil olub. Hakim Fəaliyyət və Həmrəylik Partiyası seçkilərdə qələbə qazansa da, hökumət formalaşdırmaq üçün tələb olunan mandata sahib deyil - Ölkə konstitusiyasına görə, bunun üçün siyasi partiya parlamentdə 68 yerə sahib olmalıdır. Böyük ehtimalla, hakim partiya parlamentə daxil olan qərbpərəst partiyalar ilə koalisiyaya gedəcək. Seçkilərin nəticələri elan edildikdən sonra dövlət rəhbəri Maya Sandu öz partiya yoldaşları ilə bərabər qələbəni qeyd edib - o, seçicilərinin qarşısında çıxış edərkən bildirib ki, Moldova demokratiyanın daha da möhkəmlənməsi və Aİ-yə inteqrasiya yolunda addımlarını daha da intensivləşdirəcək. Sandu Rusiyaya qarşı cəbhədə yer alan siyasətçi kimi tanınır.
Həlledici seçkilər...
Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Moldovada baş tutan son parlament seçkiləri geosiyasi əhəmiyyət kəsb edir. “Moldovada son seçkilərin nəticələri Rusiyanın Qərb qarşısında məğlubiyyəti kimi qiymətləndirilir. Sözsüz ki, bu, təsadüfi deyil. Bu seçkilər həm Avropa İttifaqı, həm də Rusiya üçün həlledici idi. Artıq belə bir məlumatlar dolaşmaqdadır ki, Moskva Moldovada seçkilərin nəticələrinə təsir etmək üçün müxtəlif vasitələrdən istifadə etməyə başlayıb. Amma Moskva bununla barışmasa da, faktiki olaraq, bu seçkilərdə Qərb qarşısında məğlub oldu. Avropa İttifaqına gəlincə, Aİ mövcud şəraitdən istifadə edib Moldovada geostrateji, geosiyasi və geoiqtisadi mövqeyini daha da möhkəmləndirəcək, ən əsası da Rusiyanın bu ölkədə təsir imkanlarının məhdudlaşdırılması istiqamətində daha ciddi tədbirlər görəcək. Brüssel Kişinyovun Aİ-yə inteqrasiyasını sürətləndirmək üçün xüsusi planlar hazırlaya, o cümlədən hazırkı hakimiyyəti Rusiyaya bağlı olan siyasi qüvvələr üzərində təzyiqləri artırmağa sövq edə bilər. Qərbyönümlü hakimiyyətin də Kremlə yaxın olan qüvvələri sıradan çıxarmaq niyyətində olması da istisna deyil,” - deyə A.Nərimanlı vurğulayıb.
Moldova geosiyasi mübarizə poliqonuna çevrilə bilər
A.Nərimanlı hesab edir ki, önümüzdəki dövrlərdə Moldovanın Avropa İttifaqına inteqrasiyası güclənəcək. Amma... “Rusiya Moldovada təsir imkanlarını qorumaq üçün əlindən gələni edəcək. Son seçkilərdə qərbpərəst qüvvələrin qələbəsini Moldovanın Rusiyanın təsir dairəsindən xilası kimi dəyərləndirmək düzgün deyil. Bildiyimiz kimi, bu gün Ukrayna Rusiya ilə NATO arasında hərbi poliqona çevrilib. Moldovanın da Rusiya ilə Qərb arasında geosiyasi mübarizə poliqonuna çevrilməsi ehtimalı var. Şərqi Avropa ölkələri NATO-ya üzv olduqlarından Moskva onların təhlükəsizliyinə o qədər də ciddi təhdid törətməyə cəhd etmir, amma Moldovada belə bir hal yoxdur - bu ölkə alyansın üzvü deyil. Ona görə də Rusiya Moldovada öz siyasi mövqeyini əldən verməməyə çalışacaq, hətta bunun üçün müxtəlif təzyiq vasitələrindən istifadə edə bilər. Təzyiq vasitələri nə ola bilər? Birincisi, Moskvanın ölkə daxilində qarşıqlıq və xaos yaratmaq üçün ona bağlı siyasi qüvvələri aktivləşdirməsi istisna ola bilməz, ikincisi, Moldovanın enerji təhlükəsizliyinə təhdid yarada bilər və nəhayət, Dnestryanı kartından istifadəyə əl atması da mümkündür,” - deyə A.Nərimanlı əlavə edib ki, Kremlin Ukrayna cəbhəsində əsas hədəflərindən biri Odessanı nəzarətə götürüb Moldovanın Dnestryanı bölgəsinə çıxış imkanı əldə etməkdir: “Ukraynada müharibənin gedişatı Rusiyanın xeyrinə olmasa belə, bu plan Kremlin gündəmində əsas prioritetlərdən biri olaraq qalır. Ukraynada nə zamansa atəşkəs təmin oluna bilər, amma bu atəşkəs müvəqqəti xarakter daşıyacaq. Bir neçə ildən sonra yenidən hərbi qarşıdurmanın başlayacağı təqdirdə Rusiyanın hədəfində Odessa da olacaq. Moldova Rusiya üçün strateji cəhətdən əhəmiyyətli bir regiondur. Kreml bu regionu itirmək istəmir. Rusiya bu ölkə ilə bağlı məqsədlərindən əl çəkməyəcək”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

