Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Nyu-Yorkda mötəbər təqdimat

Nyu-Yorkda mötəbər təqdimat

27.09.2025 [12:49]

Prezident Azərbaycanın yaratdığı yeni geoiqtisadi reallıqları dünyaya çatdırdı

Prezident İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı səsləndirdiyi mühüm fikirlər dünyanın ən nəhəng platformasında növbəti dəfə Azərbaycanın siyasi-iqtisadi nüfuzunu, beynəlxalq arenada etibarlı tərəfdaş olduğunu və layiqli mövqeyini nümayiş etdirdi. Cənab Prezident Cənubi Qafqaz regionun lideri olan Azərbaycanın təşəbbüskar və etibarlı tərəfdaş, enerji, nəqliyyat və logistika sahələrində daim yeniliklər gətirən, uğurlar əldə edən ölkə kimi həyata keçirdiyi layihələrə diqqət çəkdi. Dövlətimizin başçısı bu il avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh müqaviləsinin mətninin paraflanmasına və Ermənistanın Baş naziri ilə imzalanmış Birgə Bəyanata toxunaraq həmin sənədlərin icrası istiqamətində aparılan davamlı səylərin nəticəsi olaraq regionda yeni siyasi və iqtisadi ab-havanın formalaşdığını xatırlatdı. Bəyan olunduğu kimi bu sənədlə regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir. Bu fikirlər bir daha ona dəlalət edir ki, Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik və əməkdaşlıq quruculuğunu formalaşdırır və yeni münbit imkanlar Azərbaycan və Ermənistanla iqtisadi bağlantıları təşviq etməklə, digər bölgə ölkələrini də çoxtərəfli və geniş tərəfdaşlığa dəvət edir.

Zəngəzur dəhlizi regional bağlantıları möhkəmləndirəcək

Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur. Bu layihə Orta Dəhlizin ən mühüm seqmentinə çevrilməklə bölgədə nəhəng logistika habı formalaşdıracaq.

Prezidentin toxunduğu digər mühüm bir istiqamət Azərbaycan və ABŞ arasında başlanan yeni münasibətlərlə bağlıdır. Vurğulandığı kimi Vaşinqton Sammiti, Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunun imzalanması siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır. Eyni zamanda, Prezident Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addımdır. Bir sözlə, Azərbaycanla ABŞ arasında münasibətlər strateji tərəfdaşlıq müstəvisinə qalxmaqla, hazırda iqtisadi-ticari-investisiya və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar yaranır.

Azərbaycan boru kəməri ilə qaz nəql edən ölkələr sırasında birinci yeri tutur

Dövlətimizin başçısı Azərbaycanın öz maliyyə gücü ilə azad ərazilərdə həyata keçirdiyi nəhəng quruculuq işlərinə diqqət çəkərək rifah və inkişafın yol xəritəsi olan “Böyük Qayıdış” Proqramı çərçivəsində dayanıqlı məskunlaşmanın təmin edildiyini, 50 mindən çox insanın yaşadığını qeyd etməklə bu bölgənin artıq iqtisadi-sənaye mərkəzinə çevrildiyinin mesajını verdi.

Azərbaycan Prezidenti ölkəmizin təşəbbüskarlığının digər bir nümunəsi olan iqlim fəaliyyəti konsepsiyasının bəşəri və qlobal əhəmiyyətinə də toxunaraq bu istiqamətdə əldə edilmiş saysız nailiyyətləri xatırlatdı. COP29-a ev sahibliyi edən ölkəmiz bütün tərəflərin, xüsusən də inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməklə, iddialı və balanslı nəticələrə yönəlmiş danışıqlara rəhbərlik etdi, nəticəəsaslı konkret sazişlərin imzalanmasını, qlobal Cənubun  və iqlim maliyyəsindən sıxıntı keçirən digər ölkələrin dayanıqlı maliyyə fondunun təsis olunmasını təmin etdi. Çoxsaylı nailiyyətlərdən ən mühümü kimi Yeni Kollektiv Kəmiyyət Hədəfinin qəbul olunması 2035-ci ilə qədər inkişaf etmiş ölkələrə illik 100 milyard dolları məbləğində ilkin iqlim maliyyələşdirmə hədəfini hər il ən azı 300 milyard dollarına çatdırmağı nəzərdə tutur.

Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayır. Hazırda ölkəmiz 14 ölkəyə təbii qaz ixrac edir və bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur. Bu, Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat marşrutlarının şaxələndirilməsində bizim strateji rolumuzu əks etdirir. Bundan əlavə, Suriyanın enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə töhfələr verir.

Ölkəmiz inkişafın yeni dövrünə qədəm qoyub

Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. Eləcə də bölgənin nəqliyyat xəritəsinin dəyişməsində təşəbbüskar və lider dövlətdir. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi bağlantı layihələrinin, Orta Dəhlizlə yükdaşımaların gücünü artırır. Həmçinin, rəqəmsal bağlantılar sahəsində əməkdaşlıq üçün böyük potensialları səfərbər edir, “Rəqəmsal İpək Yolu” kimi əhəmiyyətli layihə vasitəsilə rəqəmsal transformasiya təşəbbüsünü irəlilədir, Xəzər dənizinin dibi ilə qabaqcıl fiber-optik kabel şəbəkəsinin qurulumasında liderlik edir.

Azərbaycan inkişaf etmiş dövlət kimi heç bir xarici maliyyə institutundan asılı deyil, xarici borcumuz ÜDM-in cəmi 6,5 faizini təşkil edir. Eyni zamanda, respublikamız əlverişli investisiya mühitinə malikdir. Bunun nəticəsidir ki, dünyanın aparıcı beynəlxalq reytinq agentliyi olan “Moody’s” və “Fitch” Azərbaycanın reytinqini artırıb.

Azərbaycan hazırda inkişafın yeni bir dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin bəyan etdiyi kimi biz həm müharibəni udduq, həm də sülhü qazandıq. Bu mühüm amillər ölkəmizin yüksək intibah mərhələsinə doğru uzunmüddətli hədəflərinə çatmasında əsaslı rol oyanamaqdadır.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 116 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Analitik

Sosial

MEDİA

Paytaxtda mühüm tədbir...

30 Sentyabr 08:25  

Gündəm

Nilayların ümid yeri...

30 Sentyabr 07:42  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31